SİYASƏT


Azərbaycan Prezidentinin İslam həmrəyliyi təşəbbüsü müsəlman dünyasına xoş bir çağırışdır

Tehran, 27 fevral, AZƏRTAC

Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi bütün müsəlman dünyasına xoş bir çağırışdır.

Bu fikri AZƏRTAC-a müsahibəsində İranın BMT yanındakı keçmiş daimi nümayəndəsi və İsveçrədəki sabiq səfiri Mücdəhid Şəbüstəri bildirib.

M.Şəbüstəri deyib ki, Azərbaycan Prezidenti bu çağırışla İslam ölkələrinin əlaqələrinin möhkəmləndirilməsini istəyir. Bu gün dünyada müsəlmanların birliyə və həmrəyliyə böyük ehtiyacı var. Buna görə də bu, çox təqdirəlayiq təşəbbüsdür.

Sabiq səfir qeyd edib ki, İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi də təsadüfi deyil. İdman həmrəylik üçün ən yaxşı vasitədir. Bu yarışda İslam ölkələrindən minlərlə idmançı iştirak edəcək. Onların rəqabəti yalnız idman meydanında olacaq. Bütün dünya isə dostluğun və qardaşlığın şahidi olacaq.

M.Şəbüstəri vurğulayıb ki, Azərbaycan böyük beynəlxalq tədbirlərə ev sahibliyi edə bilməsini dəfələrlə sübuta yetirib. İslam Həmrəyliyi Oyunlarının da uğurla keçiriləcəyinə heç bir şübhə yoxdur.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.