CƏMİYYƏT


“Azərbaycan Prokurorluğu” elmi-praktiki jurnalının növbəti nömrəsi çapdan çıxıb

A+ A

Bakı, 14 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikası Baş Prokurorluğunun “Azərbaycan Prokurorluğu” elmi-praktiki jurnalının 2016-cı il üzrə ikinci nömrəsi çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, jurnalın bu nömrəsi cari ilin aprel-iyun aylarını əhatə edir. Jurnal Azərbaycan Prezidenti İlham Əliyevin “Biz inkişaf dinamikamızı daha da sürətləndirməliyik və Azərbaycanda dayanıqlı inkişaf davam etməlidir” sözləri ilə başlanır.

Jurnalın “İctimai-siyasi tədbirlər”, “Rəsmi tədbirlər”, “Təhlillər, təkliflər”, “İctimaiyyətə hesabat”, “Prokurorluğun beynəlxalq əlaqələri”, “Normativ hüquqi aktlar” bölmələrində maraqlı məlumatlar əksini tapıb.

Nəşrin “İctimai-siyasi tədbirlər” bölməsində Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasının, Azərbaycan Prezidenti yanında Təhlükəsizlik Şurasının iclasının keçirilməsi oxucuların diqqətinə çatdırılıb. Eləcə də dövlətimizin başçısının Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət etməsi, Ümummilli Liderin doğum gününə həsr olunmuş ağacəkmə kampaniyasında iştirak etməsi barədə yazılar bu bölmədə əksini tapıb. Bölmədə, həmçinin Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüskarı olduğu “28 May – Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar layihəsinin parlament tərəfindən qəbul edilməsi barədə yazı dərc olunub.

Jurnalın “Rəsmi tədbirlər” bölməsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Baş Prokurorluqda və Naxçıvan Muxtar Respublikası Prokurorluğunda təşkil olunan tədbirlər, habelə Baş Prokurorluqda keçirilən əməliyyat müşavirəsi ilə bağlı məqalələr yer alıb. Bundan başqa, “Azərbaycanın korrupsiyaya qarşı mübarizə modeli beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilmişdir”, “Antikorrupsiyaya həsr olunmuş beynəlxalq konfrans keçirilmişdir”, “Prokurorluq orqanlarında vətəndaşların müraciətlərinə baxılması işi daim diqqət mərkəzindədir” sərlövhəli yazılar da bu bölmədə təqdim olunur.

“Təhlillər, təkliflər” bölməsində Baş Prokurorluğun Elmi-Tədris Mərkəzinin rəisi Nazir Bayramovun “Cinayət haqqında xəbərin “Xüsusi qərardad”la göndərilməsi barədə” sərlövhəli məqaləsi verilib.

Ümumilikdə jurnalda Baş Prokurorluqda keçirilən tədbirlər, görüşlər, seminarlar, eləcə də bu qurumun uğurlu beynəlxalq əlaqələri barədə geniş yazılar və digər mövzularda məqalələr toplanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.