CƏMİYYƏT
Azərbaycanın Qarsdakı baş konsulluğunda müəllimlərlə görüş keçirilib
Qars, 3 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Qars şəhərindəki baş konsulluğunda dövlət müstəqilliyimizin bərpasının 25 illiyinə həsr olunan tədbirlər çərçivəsində Qars Qafqaz Universitetinin və “Özel Çelik Başarı” Liseyinin professor və müəllim heyəti ilə görüş keçirilib. Görüşdə bu təhsil müəssisələrində çalışan azərbaycanlı və yerli pedaqoqlar iştirak ediblər.
Baş konsul Nuru Quliyev və digər çıxış edənlər dövlət müstəqilliyimizin bərpasından sonrakı proseslərdən, ilk illərdə xalqımızın qarşılaşdığı problemlərdən, ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından danışıblar. Ulu Öndər Heydər Əliyevin müəllim peşəsinə verdiyi yüksək qiymət, onlara göstərdiyi diqqət və qayğı, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi xoş ifadələrlə xatırlanıb. Qeyd olunub ki, Azərbaycanın xarici ölkələrdə tanıdılmasında, adət və ənənələrimizin təbliğ edilməsində, o cümlədən gənc nəslin sağlam təlim-tərbiyəsində pedaqoqların üzərinə böyük məsuliyyət düşür.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Qars