SİYASƏT
Azərbaycan-Qırğızıstan əlaqələrinin inkişafı məsələləri müzakirə edilib
Görüşdə Azərbaycan-Qırğızıstan münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib. Əlaqələrimizin genişlənməsində və möhkəmlənməsində hər iki ölkənin prezidentlərinin xidmətləri xüsusi qeyd edilib.
H.Orucov Qırğızıstanda səfir işlədiyi müddətdə ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
Sapar İsakov Qırğızıstan Prezidenti Almazbek Atambayevin Hidayət Orucova 70 illik yubileyi münasibətilə ünvanladığı təbrik məktubunu və “İpək Yolu” adlı prezident hədiyyəsini ona təqdim edib.
Səfir onun fəaliyyətinin yüksək qiymətləndirilməsinə görə Qırğızıstan Prezidentinə minnətdarlığını çatdırıb.
S.İsakov, həmçinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunması münasibətilə H.Orucovu təbrik edib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek