CƏMİYYƏT


Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat-seçki konfransı keçirilib

A+ A

Bakı, 15 noyabr, AZƏRTAC

Noyabrın 15-də Bakıda Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) hesabat-seçki konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda AQC-nin sədri İradə Şükürova qurumun ötən dövrdəki fəaliyyəti barədə məruzə ilə çıxış edib.

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil hüquqi və fiziki şəxslərin, QHT-lərin, sahibkarların iştirak etdiyi tədbirdə AQC-nin yeni tərkibi seçilib.

Azərbaycanda Qiymətləndiricilər Cəmiyyətinin fəaliyyətindən danışan Milli Məclisin deputatı, AQC-nin fəxri sədri Xanhüseyn Kazımlı bildirib ki, təsərrüfat mexanizminin təkmilləşdirilməsi, hüquqi bir sistemin yaradılması, korrupsiyaya qarşı mübarizənin təmin edilməsində cəmiyyətin dəstəyi vacibdir.

Ölkəmizdə Qiymətləndirmə Palatasının yaradılacağını deyən deputat Nazirlər Kabinetində bu məsələyə baxıldığını vurğulayıb.

Konfransda digər çıxış edənlər qurumun fəaliyyəti, mövcud problemlər və onların həlli yolları, qarşıda duran vəzifələrdən bəhs ediblər.

Sonda AQC-nin idarə heyətinin və təftiş komissiyasının yeni tərkibi seçilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.