İDMAN


Azərbaycan Qran-Prisinin qalibi: Bakıda Formula-1 yarışları üçün hər cür şərait var

Bakı, 25 iyun, Səxavət Quliyev, AZƏRTAC

Bakıda yarış yüksək səviyyədə təşkil olunmuşdu. Doğrusu asan qələbə qazandım deyə bilmərəm. Əzimkarlıq nümayiş etdirərək buna nail oldum.

AZƏRTAC xəbər verir ki, bu sözləri iyunun 25-də Formula-1 Azərbaycan Qran-Prisinin qalibi Daniel Rikkiardo deyib.

Bakıda Formula-1 yarışları üçün hər cür şəraitin olduğunu diqqətə çatdıran D.Rikkiardo deyib: “Tras çox həyəcanvericidir. Kəskin döngələrdən keçərək böyük sürət xəttinə malik düz trasa çıxırsan. Ümumiyyətlə, Bakı trasını çox bəyənirəm”.

“Keçən il olduğu kimi, bu ildə yarış maraqlı keçdi. Bu il yarışda təhlükəli məqamlar yaşandı. Bunların nəticəsində yarış qəzalarsız ötüşmədi. Dünən mən də qəza etmişdim. Ancaq məyus olmadım. Çox sevinirəm ki, cari mövsümdə ilk qələbəmi qazandım”, - deyə avstraliyalı pilot əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.