İQTİSADİYYAT


Azərbaycan “Rabitə və Kontent. Qafqaz 2017” Beynəlxalq forumunda iştirak edəcək

Bakı, 6 iyun, AZƏRTAC

İyunun 19-dan 23-dək Gürcüstanın Borjomi şəhərində “Rabitə və Kontent. Qafqaz 2017” beynəlxalq forumu keçiriləcək. Forum konvergensiya nəticəsində bir çox ümumi müzakirə mövzuları olan telekommunikasiya və media sahələrinə həsr ediləcək.

İnformasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, həmin beynəlxalq tədbirdə Azərbaycandan dövlət və aidiyyəti sahə təşkilatlarının, telekanalların, informasiya texnologiyaları şirkətlərinin və mobil rabitə daxil olmaqla telekommunikasiya operatorlarının nümayəndələrinin iştirakı gözlənilir.

Forum zamanı biznes və sahə konvergensiyası, Qafqaz ölkələri, Mərkəzi və Şərqi Avropa və Qazaxıstanda həmin sahənin inkişafının hazırkı vəziyyəti və perspektivləri, həmçinin hökumət, sahə assosiasiyaları və biznesin qarşılıqlı əlaqələri müzakirə ediləcək. Ən böyük marağa səbəb olacaq mövzulardan biri də yeni xidmət və texnologiyaların praktiki tətbiqinə həsr ediləcək ki, onların da araşdırılması üçün telekom sənayesi liderlərinin müvafiq “biznes-keysləri” təqdim olunacaq. Həmçinin forum zamanı operator və mediaqrup/telekanalların münasibətləri də müzakirə olunacaq.

Forum çərçivəsində işgüzar əlaqələrin qurulması və qeyri-formal müzakirələr üçün də müvafiq imkan yaradılacaq. Forumda iştirak etmək üçün qeydiyyat http://timint.net/georgia2017.html saytında aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.