Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Azərbaycan Radiosunun 90 və Azərbaycan Televiziyasının 60 illiyinə həsr olunan yubiley mərasimi keçirilib [YENİLƏNİB-2] VİDEO

Bakı, 3 noyabr, AZƏRTAC

Noyabrın 3-də Heydər Əliyev Sarayında Azərbaycan Radiosunun 90 və Azərbaycan Televiziyasının 60 illiyinə həsr olunan təntənəli yubiley mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, kütləvi informasiya vasitələrinin rəhbərləri, ictimaiyyətin təmsilçiləri iştirak ediblər.

Sarayın foyesində Azərbaycan Radiosunun və Televiziyasının keçdiyi tarixi inkişaf yolundan bəhs edən sərgi nümayiş olunub.

Tədbirdə əvvəlcə xalq çalğı alətləri orkestrinin ifasında “Radio marşı” səsləndirilib.

Sonra ulu öndər Heydər Əliyevin Azərbaycan Radiosu və Televiziyasının yubileyində iştirakı zamanı çıxışından bir hissə nümayiş etdirilib.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli HƏSƏNOV təntənəli mərasimdə çıxış edib.

Azərbaycan radiosunun 90 illik və televiziyasının 60 illik yubileyi münasibətilə teleradio işçilərini təbrik edən Əli Həsənov deyib ki, cəmiyyətin informasiya və mədəni tələbatının təmin edilməsi, geniş xalq kütlələrinin maarifləndirilməsi, mənəvi-əxlaqi dəyərlərin, estetik baxışların, humanist duyğuların və incə zövqün formalaşdırılması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi kimi mühüm məsələlərdə teleradionun rolu əvəzsizdir. Televiziya və radio həm də böyük səfərbəredici və təbliğat imkanı olan qüdrətli idarəetmə vasitəsidir. Hazırda dünyanın bütün ölkələri teleradio yayımı ilə əhatə olunub. Televiziya hələ də dünyada ən populyar informasiya, əlaqə və mübadilə mənbəyi hesab edilir.

Radio və televiziyanın Azərbaycan xalqının tarixi inkişafındakı rolu haqqında danışan Prezidentin köməkçisi deyib ki, bu informasiya vasitələri mətbuatın fərqli forması kimi bir əsrə yaxındır həyatımıza daxil olub. Mətbuat, o cümlədən teleradio milli inkişafdan ayrı, əlahiddə fəaliyyət göstərə bilməz. Bu iki dəyər bir-birini tamamlayaraq, formalaşdıraraq zənginləşir və öz mövcudluğunu qoruyur.

Azərbaycanda teleradionun yaranması və inkişafı tarixinə qısa ekskurs edən Əli Həsənov deyib: “Keçmiş SSRİ-də ilk radio verilişi 1924-cü il noyabrın 23-də efirə buraxılıb. Azərbaycan radiosu isə 2 il sonra - 1926-cı il noyabrın 6-da yaradılıb. Mexaniki televiziya Sovet İttifaqında 1931-ci il oktyabrın 1-də yayıma başlasa da, Azərbaycan televiziyası bundan 25 il sonra - 1956-cı il fevralın 14-də ilk dəfə efirə çıxıb. Müqayisə üçün bildirim ki, qardaş Türkiyədə radio 1927-ci il mayın 6-da, televiziya isə 1968-ci il yanvarın 31-də fəaliyyətə başlayıb. İranda radio 1926-cı ildə, televiziya isə 1959-cu ildə qurulub. Göründüyü kimi, Azərbaycan bu sahədə də müsəlman Şərqində birinci mövqedə dayanır. Azərbaycanda teleradionun inkişaf tarixini şərti olaraq iki dövrə ayırmaq olar: sovet və müstəqillik dövrləri. Hər bir dövrün fərqli xüsusiyyətləri olsa da, teleradionun bir sıra universal cəhətləri bütün zamanlarda öz aktuallığını qoruyub saxlayıb. İlk növbədə onu qeyd etmək lazımdır ki, hər bir xalqın teleradiosu onun görən gözü, danışan dili, eşidən qulağı olmaqla bərabər, həm də ictimai həyatının güzgüsü, bir növ vizit kartıdır. Teleradio proqramlarının məzmunu və keyfiyyəti hər bir xalqın milli-mənəvi dünyası, mədəni və sosial-iqtisadi inkişaf səviyyəsi barədə təsəvvür yaradır. Teleradio milli mədəniyyətimizin ən yaxşı nümunələrini üzə çıxarır, milli korifeyləri yetişdirir, formalaşdırır, təbliğ edir və bununla da xalqımızı, dövlətimizi dünyada tanıdır. Teleradio həm də başqa xalq və toplumları, fərqli mədəniyyətləri öz auditoriyasına tanıtmaq imkanına malikdir. Televiziya bizim xalqımızı, mədəniyyətimizi, ən gözəl nümunələrimizi dünyaya təqdim etməklə yanaşı, dünyadakı ən gözəl mədəniyyət, incəsənət, elm, təhsil, mənəviyyat nümunələrini də yerli tamaşaçılara çatdıraraq onların intellektual səviyyəsinin, zövqünün, mənəvi həyatının zənginləşməsi prosesində iştirak edir”.

Azərbaycanda teleradionun inkişafının sovet dövrünün, xüsusilə də ötən əsrin 70-80-ci illərinin çox əhəmiyyətli olduğunu vurğulayan Əli Həsənov deyib ki, məhz həmin illərdə biz Azərbaycan dilini, ədəbiyyatını, tarixini, zəngin və çoxcəhətli milli mədəniyyətimizi yenidən dərk etmək və qiymətləndirmək imkanı əldə etdik. Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci dövrünü əhatə edən bu illər milli özünüdərkin oyanmasında yeni mərhələ olub. Sovet dövründə Heydər Əliyevin Azərbaycanda tətbiq etdiyi idarəçilik üsulu xalqın milli-mənəvi dirçəlişində xüsusi rol oynayıb. Məsələn, Azərbaycanın görkəmli şəxsiyyətlərinin yubileylərinin müntəzəm qeyd edilməsi imkan yaradırdı ki, cəmiyyətimizin tanınmış simaları xalqımızın taleyüklü problemlərini, keçmişi və gələcəyi ilə bağlı olan mühüm konseptual fikirlərini üzə çıxarsınlar, sistemləşdirsinlər. Bu da, öz növbəsində, insanlarda milli düşüncənin güclənməsinə, böyüməkdə olan nəslin həm milli-mənəvi dəyərlərimizə, həm də mütərəqqi ümumbəşəri dəyərlərə əsaslanan dünyagörüşünün formalaşmasına müsbət təsir göstərirdi.

Milli ruhun yüksəlişinə təkan verən əsas şərtlərdən birinin də ana dili olduğunu diqqətə çatdıran Əli Həsənov bildirib: “Teleradio ana dilinin yaşamasının, zənginləşməsinin və saflığının qorunmasında birbaşa iştirak edir. Bu baxımdan Heydər Əliyevin ciddi səyləri nəticəsində Azərbaycan dilinə dövlət dili statusu verilməsi, bu mühüm müddəanın 1978-ci il Konstitusiyamızda təsbit olunması, eyni zamanda, teleradio məkanında Azərbaycan dilinin funksionallığının artırılmasına yönələn proqram siyasəti milli ideologiyanın formalaşması, gələcəyin müstəqil, yeni Azərbaycanının yaradılmasında mühüm amillərdən hesab edilməlidir. Ümumiyyətlə, Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə baş vermiş dəyişikliklər, ictimai və iqtisadi sahədə aparılmış köklü islahatlar və xalqın maddi rifahının keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi Azərbaycanın müstəqilliyinə aparan tarixi yolun ən parlaq səhifələridir. Şübhəsiz, televiziya və radio bu səhifələrin yazılmasında öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib. Həmin illərdə teleradionun mədəniyyət, ədəbiyyat, ana dili, tarix, sosial-iqtisadi inkişaf və digər sahələrlə bağlı hazırlayıb təqdim etdiyi proqramlar bütöv bir nəslin vətənpərvər ruhda tərbiyəsində əvəzsiz rol oynayıb. Teleradio həm də xalqımızın keçdiyi inkişaf yolunun video-audio salnaməsini yaradır, qoruyur və gələcək nəsillərə çatdırır”.

Prezidentin köməkçisi Əli Həsənov Azərbaycan teleradiosunun müstəqillik dövründə keçdiyi inkişaf yolundan danışarkən qeyd edib ki, müstəqilliyin ilk illərində ölkədə yaranmış çətin və qarışıq ictimai-siyasi şərait teleradioya da təsirsiz ötüşməmişdi. Ölkədə hökm sürən hərc-mərclik, xaos və anarxiyanın təzahürləri həm də kütləvi informasiya vasitələrinə sirayət edir, Azərbaycan xalqı üçün olduqca taleyüklü bir dövrdə medianın öz tarixi missiyasını lazımınca yerinə yetirməsinə imkan vermirdi. Buna görə də 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycan dövlətçiliyinin taleyində müstəsna əhəmiyyət kəsb edən islahatlar sırasında kütləvi informasiya vasitələrinin, o cümlədən teleradionun fəaliyyətinin yenidən təşkilinə mühüm əhəmiyyət verib. Plüralizmi, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr Ümummilli Liderin siyasi iradəsi və böyük səyləri nəticəsində aradan qaldırılıb, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılıb. 1995-ci ildə qəbul olunmuş Konstitusiyada Azərbaycanda söz və məlumat azadlığının təməl prinsip kimi təsbit olunması, 1998-ci ildə senzuranın ləğv edilməsi, 1999-cu ildə isə ən müasir tələblərə cavab verən “Kütləvi informasiya vasitələri haqqında” Qanunun qəbul edilməsi Azərbaycanda müasir, güclü, plüralist medianın formalaşdırılması istiqamətində mühüm addımlar olub.

Prezident Administrasiyasının rəsmisi deyib: “Bu gün Azərbaycanda Heydər Əliyevin siyasəti və ənənələri bütün sahələrdə olduğu kimi, media sahəsində də uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkə mediasına daim diqqət və qayğı ilə yanaşır, onun problemlərinin həlli və inkişafı üçün lazım olan bütün tədbirləri görür. Son 12 ildə teleradio fəaliyyətinin qanunvericilik bazası xeyli gücləndirilib, tənzimləmə mexanizmləri təkmilləşdirilib, Azərbaycan teleradioları daha da inkişaf edib, bu sahədə müasir texnologiyaların tətbiqi geniş vüsət alıb. 2004-cü ildə “İctimai Televiziya və radio yayımı haqqında” Qanun qəbul edilib. 2005-ci ildə ikinci dövlət kanalının bazasında İctimai Televiziya və Radio Yayımları Şirkəti təsis edilib və fəaliyyətə başlayıb. İctimai Televiziyanın maddi-texniki təminatı və real olaraq fəaliyyətə başlaması üçün bütün zəruri tədbirlər görülüb. 2005-ci ildə Azərbaycan Dövlət Televiziyasının bazasında “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb, onun tərkibində “İdman Azərbaycan” və “Mədəniyyət” kimi yeni tematik kanallar açılıb. Son illər respublikamızda informasiya-kommunikasiya sistemlərinin inkişafına diqqət artırılıb, ölkəmiz 2 kosmik peykini orbitə buraxaraq kosmik dövlətlərin sırasına qoşulub. Bununla da Azərbaycan teleradio yayımçılarının imkanları əhəmiyyətli dərəcədə genişləndirilib. Hazırda Azərbaycanda 10 ümumrespublika, 13 regional, 17 kabel, 15 internet, 1 peyk televiziyası, 13 ümumrespublika və 3 regional radio fəaliyyət göstərir, ölkə ərazisində rəqəmsal yayımın tətbiqinə başlanılıb.

Ölkədə güclü, müstəqil, obyektiv informasiya daşıyıcısı və milli maraqların təəssübkeşi olan KİV-lərin formalaşmasının və inkişafının dövlətin media siyasətinin fəlsəfəsini təşkil etdiyini diqqətə çatdıran Əli Həsənov deyib: “Xüsusi qeyd etməliyəm ki, Prezident İlham Əliyev son illərdə mediaya dövlət qayğısını sistemləşdirib və şəffaflaşdırıb. Bunun bariz nümunəsi kimi, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 30 iyul tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq edilməsini və 2009-cu il aprelin 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasını göstərmək olar. İndiyədək KİV layihələrinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən Fonda 30 milyon manatdan artıq vəsait ayrılıb. Azərbaycan Prezidentinin 2011-ci və 2013-cü illərdə respublikada milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında imzaladığı sərəncamlarla üst-üstə 11 milyon manat vəsaitin ayrılması həm də televiziyaların inkişafına əlavə imkanlar yaradıb”.

Mətbuat işçilərinə də dövlət qayğısından danışan Əli Həsənov deyib ki, Prezident İlham Əliyevin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” 2010-cu il 22 iyul tarixli Sərəncamı ilə jurnalistlər üçün yaşayış binası tikilib, mənzillər 156 KİV əməkdaşına, o cümlədən televiziya və radio işçilərinə paylanılıb. 2013-cü ildə Prezidentin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq jurnalistlər üçün 256 mənzilli yeni bina inşa olunur. Hər il mətbuat işçilərinin bayramlarında, televiziya və radio günü ərəfəsində əməkdə fərqlənən teleradio işçiləri müxtəlif dövlət mükafatları, fəxri adlar, orden və medallarla təltif edilirlər. Əminəm ki, milli radionun 90 və televiziyanın 60 illik yubileyi ilə bağlı da Azərbaycan teleradio işçiləri müxtəlif dövlət mükafatları və fəxri adlara layiq görüləcəklər.

Teleradio işçilərini əlamətdar yubiley münasibətilə bir daha təbrik edən Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxışını aşağıdakı fikirlərlə tamamlayıb: “Müasir dövrdə informasiya-kommunikasiya sistemləri sürətlə inkişaf edir. İnternet getdikcə yazılı mətbuatın əhatə dairəsini və teleradio məkanını daraldır. Buna baxmayaraq, Azərbaycanda teleradionun auditoriyası hələ də böyükdür və bu sahə yeni texnologiyalardan bacarıqla yararlanaraq, ölkə əhalisinin 85 faizinin informasiya ehtiyacını ödəyə bilir. Odur ki, vətəndaşlarımız hələ uzun illər teleradio məhsullarını həvəslə istehlak edəcək, onun bəxş etdiyi sevincli anlardan zövq alacaqdır”.

Daha sonra Azərbaycan Televiziya və Radiosunun Niyazi adına simfonik orkestrinin ifasında “Koroğlu” operasından uvertüra səsləndirilib.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmov ötən illər ərzində teleradio sahəsində görülən işlərdən bəhs edib. Azərbaycanın teleradio yayımının böyük inkişaf yolu keçdiyini deyən N.Məhərrəmov bildirib ki, sovet dövründə ağır ideoloji çərçivələrə və məhdudiyyətlərə baxmayaraq Azərbaycan Radiosu və Televiziyası xalqımızın ədəbi dilinin, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında və inkişafında, mədəniyyətimizin və tariximizin öyrənilməsində müstəsna rol oynayıb. Həmin dövrlərdə Azərbaycanda yaşayan görkəmli elm, mədəniyyət xadimlərimiz, yazıçılarımız bu radioda və televiziyada fəaliyyət göstərərək xalqımıza xidmət ediblər. O dövrdə Azərbaycan Radiosu və Televiziyası Sovet İttifaqı miqyasında ön sıralarda olub.

Müstəqillik illərində Azərbaycanın teleradio məkanında həm keyfiyyət, həm də kəmiyyət baxımından böyük dəyişikliklərin baş verdiyini deyən MTRŞ sədri qeyd edib ki, ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra digər sahələrdə olduğu kimi, teleradio sahəsində də nizamsızlıq aradan qaldırıldı, bu istiqamətdə mühüm işlər görüldü. Ümummilli Liderin Azərbaycan teleradio məkanına xüsusi diqqət göstərdiyini deyən N.Məhərrəmov vurğulayıb ki, teleradio ilə bağlı qanunvericilik bazasının yaradılması istiqamətində işlər başlandı, teleradionun maddi-texniki bazası möhkəmləndirildi. Qeyd edilib ki, Ulu Öndərin teleradio sahəsinin inkişafına göstərdiyi diqqət və qayğı hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilir.

Sonra Azərbaycan Radiosunun fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Daha sonra ölkəmizdə fəaliyyət göstərən televiziya kanallarının nümayəndələri təmsil etdikləri qurumların təbriklərini çatdırıblar.

Yubiley tədbirində Azərbaycanın korifey sənətkarlarının ifalarından, həmçinin məşhur tamaşalardan parçalar nümayiş etdirilib, ölkəmizin tanınmış musiqiçilərinın çıxışları dinlənilib.

Milli radio və televiziyamız xüsusən müstəqillik illərində ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin, milli maraqlarımızın, zəngin mədəniyyətimizin yorulmaz təbliğatçısı olub. Əlamətdar yubileylərini qeyd edən Azərbaycan Radiosu və Televiziyasının verilişləri bu gün intellektual səviyyəsi və janr rəngarəngliyi ilə fərqlənir, geniş tamaşaçı auditoriyası tərəfindən daim maraqla izlənilir. Televiziya ən müasir texnika ilə təmin olunub, yeni studiyalar yaradılıb. Bu da verilişləri daha baxımlı edir, onların məzmunu və forması bir-birini üzvi surətdə tamamlayır. Ölkə həyatının müxtəlif sahələrinə dair bir-birindən maraqlı verilişlər və rəngarəng proqramlar çağdaş media bumunda Azərbaycan Televiziyasına və Radiosuna böyük tamaşaçı və dinləyici məhəbbəti qazandırıb. Aparılan axtarışlar, yeni maraqlı layihələr telekanalın daha uğurlu gələcəyindən xəbər verir.

Azərbaycan Radiosunun 90 və Azərbaycan Televiziyasının 60 illiyinə həsr olunan yubiley mərasimi keçirilib [YENİLƏNİB-2] VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu məktəblərdə birinci sinfə qəbul müsahibə vasitəsilə aparılacaq

Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi BBC radiosuna müsahibə verib

“Qarabağ” Abdullah Zubirin Fransa klubuna keçəcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirib

Mütəxəssis: Bəzi peyvəndlər ömürlük immunitet yaradır

Akademik İsa Həbibbəyli pakistanlı nizamişünas alimlə görüşüb

AZƏRTAC-da özbəkistanlı jurnalistlərlə görüş olub

İşğaldan azad edilmiş ərazilərdə tələ tipli partlayıcı qurğularla bağlı yeni görüntülər

Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxanada 250-dən çox vətəndaşa xidmət göstərilib

Azərbaycanda rəqəmsallaşma və nəqliyyat sahəsində aktual məsələlər AYİB-lə müzakirə edilib

İordaniyanın Baş prokurorluğu Azərbaycan Baş Prokurorluğunun müsbət təcrübəsinin öyrənilməsində maraqlıdır

Milli Aviasiya Akademiyasında Beynəlxalq Aviasiya və Kosmonavtika Gününə həsr olunmuş tədbir keçirilib

Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb

Azərbaycan-Macarıstan enerji İşçi qrupunun iclası keçirilib

DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb

Vəkillər Kollegiyası ilə “Femida Könüllüləri” Təşkilatı arasında Memorandum imzalanıb və “Legal Meetup” keçirilib

MDU-nun əməkdaşı Finlandiyada təlimlərdə iştirak edir

Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb

Bakı ötən il ən çox birbaşa xarici investisiya cəlb edən şəhərlərin siyahısında 3-cüdür

Milli Məclisin Elm və təhsil komitəsi iki qanun layihəsini plenar iclasa tövsiyə edib

Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək

AzMİU-da təhsil və sənayenin birləşdirilməsinə dair müzakirə aparılıb

Zəngilanın Ağalı kəndində uşağa qayğı ilə bağlı valideynlər üçün tədbir təşkil olunub

Prezident Sadır Japarov: Birgə Bəyannamə Azərbaycan ilə Qırğızıstan arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir

ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib

Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında dəstəyinə görə Qırğızıstana təşəkkürünü bildirib

NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub

İraq məktəblilərinə Azərbaycan haqqında məlumat verilib

Peter Siyarto Azərbaycana səfərə yola düşüb

Prezidentin xüsusi nümayəndəsi: Cəbrayılda hazırda 109 kəhriz inşa olunur

Bəzi dağlıq və dağətəyi rayonların magistral avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Nəsib Quliyevin intihar etməsilə bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır

Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb

Washington Post: ATACMS döyüş meydanında vəziyyəti Ukraynanın xeyrinə dəyişə bilər

Prezident İlham Əliyev: Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur

On minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq

Bu il Çində satılacaq avtomobillərin 45 faizi elektromobillərin payına düşəcək

“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq

Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub YENİLƏNİB-2

BDU-nun Fizika fakültəsi ilə “Azərbaycan British College” əməkdaşlıq edəcək

Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər

Prezident İlham Əliyev: Azərbaycan Qırğızıstan ilə bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqələri davam etdirmək əzmindədir

Beynəlxalq elmi-praktik konfrans: “Yaşıl iqtisadiyyat - davamlı inkişafın modeli kimi”

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib YENİLƏNİB-2 VİDEO

“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq

Qırğızıstan Qarabağda məktəb tikintisində iştirak edən üçüncü ölkə olacaq

Azərbaycan Prezidenti qırğızıstanlı həmkarını COP29-a dəvət edib

Azərbaycan-Başqırdıstan biznes-forumunda əməkdaşlıq haqqında 2 sənəd imzalanıb

Prezident İlham Əliyev: Qırğızıstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfə verəcək

İspaniya Baş nazirinin həyat yoldaşına qarşı istintaq başlayıb

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək

Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb

Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev: Biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk

Pakistanlı alim Nizami Gəncəvi məqbərəsini ziyarət edib

Şuşada həyata keçirilən və planlaşdırılan işlər açıqlanıb

Azərbaycan-Rusiya əməkdaşlığı üçüncü tərəfə qarşı yönəlməyib ŞƏRH

Hərbi Dəniz Qüvvələri və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir

“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

® “STP Şirkətlər Qrupu” ağacəkmə aksiyası keçirib

İdarə direktoru: Azərbaycanın istehsal sahələri və ixrac potensialı bizdə maraq doğurur

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb

Məsim Məmmədov: Laçın aeroportu istifadəyə verildikdən sonra buraya turist axını çox olacaq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

ABŞ nümayəndələri “ASAN xidmət”də olub

A.İ.İsmayılovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

® “Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı

Misir Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb

“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu

Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb

IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir

Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar

Otuz ölkəni təmsil edən xarici ekspertlərin iştirakı ilə Laçında konfrans işə başlayıb

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu çərçivəsində gənclərlə görüş keçirilib

® Mərkəzi Gömrük Hospitalında “Son mərhələ qaraciyər xəstəliyi və viral hepatitlər" mövzusunda elmi konfrans keçirilib

AQTA bazar rəhbərlərinə xəbərdarlıq edib

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş

“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq

Regional sabitliyə əsaslanmış Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub YENİLƏNİB VİDEO

“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir

Cənubi Koreyanın dörd avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır

Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz

Ankarada Türk dövlətlərinin kosmik texnologiyalar sahəsində əməkdaşlığı müzakirə edilir

Türkiyənin Kahramanmaraş Sütcü İmam Universitetinin nümayəndə heyəti UNEC-də olub

Mirhəsən Həsənov: Metsamor Atom Elektrik Stansiyası region dövlətləri üçün böyük təhlükə mənbəyidir

BANM-də beynəlxalq elmi konfransların açılışı olub

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilir

“Könüllülərə yol açırıq” - satış sərgisi

Artan dövlət borcu yükü Afrikanı yol ayrıcında qoyur - UNECA

Famil Ağayev: Bəlkə də mövsüm ərzində "Azərreyl"ə qalib gəlməyimiz bizi arxayınlaşdırdı

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq ŞƏRH

Azərbaycanda vergiödəyicilərinin sayı 7 faizdən çox artıb

Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək

Moskva məhkəməsi Rusiya müdafiə nazirinin müavinini həbs edib

Başqırdıstan istehsal etmədiyi məhsulları Azərbaycandan idxal etmək istəyir

Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edib