RƏSMİ SƏNƏDLƏR


“Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 626-IVQD nömrəli Qanununda dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

A+ A

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 626-IVQD nömrəli Qanununu “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 86-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədilə qərara alır:

“Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 626-IVQD nömrəli Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 5, maddə 475, № 12, maddə 1505; 2015, № 6, maddə 682) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.1-ci maddədən “16” rəqəmləri “15” rəqəmləri ilə,” sözləri çıxarılsın.

2. 1.2-ci maddənin əvvəlinə “6.1.12-ci,” sözləri əlavə edilsin.

3. 2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 2. Bu Qanunun 1.1-ci maddəsi 2020-ci il yanvarın 1-dən, 1.2-ci maddəsi isə 2017-ci il yanvarın 1-dən qüvvəyə minir.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 sentyabr 2016-cı il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır