RƏSMİ SƏNƏDLƏR


“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim formasının və fərqlənmə nişanlarının təsvirinin və nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 1 iyun tarixli 538 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim formasının və fərqlənmə nişanlarının təsvirinin və nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 1 iyun tarixli 538 nömrəli Fərmanını Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 avqust tarixli 1007 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Nizamnaməsi”nə uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim formasının və fərqlənmə nişanlarının təsvirinin və nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 1 iyun tarixli 538 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 6, maddə 694) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin Fərmanla təsdiq edilmiş Əlavə I – “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim formasının və fərqlənmə nişanlarının təsviri” üzrə:

1.1. 6-cı hissənin adında və mətnində “Müdavimlərin” sözü “Kursantların” sözü ilə əvəz edilsin;

1.2. 7.11-ci bənddə “Müdavim” sözü (hər iki halda) “Kursant” sözü ilə, “M” hərfi “K” hərfi ilə əvəz edilsin;

1.3. 7.12-ci bənddə “M” hərfi (hər iki halda) “K” hərfi ilə əvəz edilsin;

1.4. 7.13-cü bənddə “Müdavimlərin” sözü “Kursantların” sözü ilə əvəz edilsin.

2. Həmin Fərmanla təsdiq edilmiş Əlavə II – “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim formasının və fərqlənmə nişanlarının nümunəsi” üzrə:

2.1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sıravi və kiçik rəis heyəti üçün geyim formalarının nümunələrinin “Qeyd” hissələrində “Müdavimlər” sözü “Kursantlar” sözü ilə əvəz edilsin;

2.2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin qadın sıravi və kiçik rəis heyəti üçün geyim formalarının nümunələrinin “Qeyd” hissələrində “Müdavimlər” sözü “Kursantlar” sözü ilə əvəz edilsin;

2.3. “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müdavim, sıravi, kiçik, orta və böyük rəis heyəti üçün baş geyimləri və digər atributların nümunəsi”ndə “müdavim” sözü “kursant” sözü ilə, 1-ci və 2-ci şəkillər isə yeni şəkillərlə əvəz edilsin (əlavə olunur).

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 dekabr 2016-cı il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin