Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 10 illiyi (2007-2017)”Azərbaycan Respublikasının yubiley medalının təsviri

Azərbaycan Respublikasının 2016-cı il 

30 dekabr tarixli Qanunu ilə

təsdiq edilmişdir

Maddə 1. Medalın ümumi təsviri

“Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 10 illiyi (2007-2017)” Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, səkkizguşəli ulduz formalı lövhədən ibarətdir. Qalınlığı 3 mm, guşələrinin ən uzaq nöqtələri arasındakı məsafə 36 mm-dir.

Maddə 2. Medalın ön tərəfi

2.1. Medalın ön tərəfində iki dairə əks olunmuşdur. Birinci dairədə yuxarı qövs boyunca “AZƏRBAYCAN RESPUBLİKASI” sözləri, aşağı qövs boyunca “DÖVLƏT MİQRASİYA XİDMƏTİ” sözləri yazılmışdır. Bu sözlərin ayrıcında, dairənin mərkəz səviyyəsində sağ və sol hissələrdə guşələrinin ən uzaq nöqtələri arasındakı məsafə 2 mm olan iki səkkizguşəli ulduz həkk edilmişdir. İkinci dairədə paralel və meridianları cızılmış yer kürəsi, onun mərkəzində Azərbaycan Respublikasının xəritəsi təsvir edilmişdir. Xəritənin üzərində “10 il” sözləri yazılmışdır.

2.2. Səkkizguşəli ulduzun şüaları, yer kürəsi, xəritə, paralel və meridianlar, dairəvi xətlər və sözlər relyeflidir.

Maddə 3. Medalın arxa tərəfi

3.1. Medalın arxa tərəfinin kənarları boyunca iki paralel zolaq keçir. Mərkəzdə Azərbaycan Respublikasının xəritəsi təsvir edilmişdir. Zolaqlar və xəritə relyeflidir.

3.2. Medalın arxa tərəfində onun seriyası və nömrəsi göstərilmişdir.

Maddə 4. Medalın elementləri

4.1. Medal paltara bərkidilmək üçün elementi olan, yuxarı və aşağı hissələri 40 mm x 3 mm ölçüdə qızılı rəngli metal lövhədən, orta hissəsi 37 mm x 50 mm ölçüdə xara lentdən ibarət düzbucaqlı lövhəyə halqa və ilgək vasitəsilə birləşdirilir. Aşağı hissədəki metal lövhənin ilgəyinin üzərində milli ornament vardır.

4.2. Xara lentin üzərində mərkəzdə 13 mm enində tünd mavi, mərkəzdən kənarlara doğru isə ardıcıllıqla 2 mm enində narıncı, 3 mm enində tünd mavi, 4 mm enində narıncı və 3 mm enində tünd mavi rəngli şaquli zolaqlar vardır.

4.3. Medala paltara bərkidilmək üçün elementi olan, metaldan düzəldilmiş və eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçüdə qəlib əlavə olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin