RƏSMİ SƏNƏDLƏR


“Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 10 illiyi (2007-2017)” Azərbaycan Respublikasının yubiley medalı haqqında ƏSASNAMƏ

A+ A

Azərbaycan Respublikasının

2016-cı il 30 dekabr tarixli Qanunu ilə 

təsdiq edilmişdir

 

Maddə 1. Təltif edilən şəxslər

“Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 10 illiyi (2007-2017)” Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan Respublikasının miqrasiya orqanlarının fəaliyyətinin təşkilində, inkişafında və möhkəmləndirilməsində xüsusi xidmətləri olan, vəzifələrini nümunəvi yerinə yetirən, qulluqda yüksək nəticələr əldə edən miqrasiya orqanlarının işçiləri, habelə miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsində, miqrasiya proseslərinin idarə edilməsində və tənzimlənməsində fəal iştirak edən digər şəxslər təltif edilirlər.

Maddə 2. Təltif edən orqan

“Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 10 illiyi (2007-2017)” Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər.

Maddə 3. Taxılma qaydası

“Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 10 illiyi (2007-2017)” Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır