Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının illik hesabat konfransı keçirilmişdir

Bakı, 15 iyun (AZƏRTAC). İyunun 15-də Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) illik hesabat konfransı keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, beynəlxalq və yerli gənclər təşkilatlarının nümayəndələri iştirak etmişlər.

Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilmişdir.

Sonra təşkilati məsələlərə baxılmış, yeni təşkilatlar səsvermə yolu ilə ARGTMŞ-ya üzv qəbul olunmuşlar.

Konfransda hesabat məruzəsi ilə çıxış edən Milli Şuranın sədri Şahin Seyidzadə bildirmişdir ki, Azərbaycanın ən böyük gənclər platforması olan ARGTMŞ ölkəmizdə 104 gənclər təşkilatını birləşdirən ilk konfederativ qurumdur. Təşkilat Avropa Gənclər Forumunun Azərbaycandan yeganə və tam hüquqlu üzvüdür. Eyni zamanda, BMT-nin ECOSOC qurumunda xüsusi məşvərətçi statusa malikdir.

Vurğulanmışdır ki, hesabat dövründə 49 KİV ilə əməkdaşlıq edilmiş və təşkilata dair məlumatlar kütləvi informasiya vasitələrində işıqlandırılmışdır. Şuranın növbəti illər üçün gənclər təşkilatları institutunun gücləndirilməsi, gənclər arasında əməkdaşlıq imkanlarının artırılması və onların gənclər siyasətinin və proqramlarının icrasında fəal iştirakının təmin edilməsi kimi önəmli strateji hədəfləri mövcuddur.

ARGTMŞ-in əsas məqsəd və vəzifələrindən danışan Ş.Seyidzadə demişdir ki, vətəndaş cəmiyyətin formalaşmasında Azərbaycan gənclərinin və gənclər təşkilatlarının rolunun artırılması ən vacib istiqamətlərdən biridir.

Azərbaycan Skautlar Assosiasiyasının sədri İlyas İsmayıllı, “Odlar Yurdu” Gənclər İctimai Birliyinin sədri Nigar Ələsgərova, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalı, UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard çıxış edərək ölkəmizdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi gənclər siyasətindən danışmışlar.

Bildirilmişdir ki, hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə məqsədyönlü şəkildə həyata keçirilən gənclər siyasətinin nəticəsi olaraq müasir Azərbaycan gəncliyi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasəti gələcək nəslin intellektual səviyyəsinin artmasına müsbət təsir göstərir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.

Konfransda bu il keçiriləcək prezident seçkilərində dövlətimizin başçısı İlham Əliyevin namizədliyinin dəstəklənməsi ilə bağlı bəyanat qəbul edilmişdir.

Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov ARGTMŞ-nin fəaliyyətindən, əldə etdiyi uğurlardan, bu gün qurumun bütün ölkədə dəstəkləndiyindən söz açmışdır. Bildirilmişdir ki, ARGTMŞ sıralarında 104 təşkilatın birləşməsi qurumun əldə etdiyi ən böyük nailiyyətidir.

Nazir qeyd etmişdir ki, bir neçə il öncə gənclər səmərəli fəaliyyətləri üçün irimiqyaslı layihələrin həyata keçirilməsi mümkün deyildi. Ancaq hazırda Azərbaycanda gənclər üçün önəmli layihələr icra olunur. Bakının nüfuzlu tədbirlərə ev sahiblik etdiyini xatırladan Azad Rəhimov paytaxtımızın dünyanın gənclik şəhərinə çevrildiyini diqqətə çatdırmışdır.

Nazir gəncləri gələcəklərini daha böyük inamla qurmaq üçün Prezident İlham Əliyevin ətrafında sıx birləşməyə çağırmışdır.

Azərbaycan Respublikasının Prezidenti Administrasiyası siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov tədbirin ARGTMŞ-nın fəaliyyətinin və gələcək perspektivlərin müzakirəsi baxımından əhəmiyyətini vurğulamışdır. Diqqətə çatdırılmışdır ki, 1995-ci ildə təsis olunmuş qurum illər sonra gənclər təşkilatlarını birləşdirən ən böyük struktura çevrilmiş, ölkəmizin maraqlarını hərtərəfli təmsil edən önəmli təşkilat kimi formalaşmışdır. Artıq ARGTMŞ bir çox beynəlxalq təşkilatlarla yaxından və səmərəli əməkdaşlıq edən böyük bir quruma çevrilmişdir.

Azərbaycanda gənclər siyasətinin uğurla həyata keçirildiyini deyən Elnur Aslanov vurğulamışdır ki, bu sahədə əldə olunan nailiyyətlər ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider ölkəmizin siyasi, sosial və iqtisadi inkişaf istiqamətlərini müəyyənləşdirməklə yanaşı, güclü Azərbaycan fəlsəfəsini yaratmış, qüdrətli Azərbaycan vətəndaşı obrazını formalaşdırmışdır. Ulu öndər Heydər Əliyevin “Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” fikrinin əsasında təkcə vətəndaşlıq anlayışı deyil, eyni zamanda, güclü və səmərəli dövlətçiliyin fəlsəfəsi durur.

Qeyd olunmuşdur ki, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan müstəqil daxili və xarici siyasət yürüdən bir dövlətə çevrilmişdir. Fəxr hissi ilə deyə bilərik ki, bu gün Azərbaycanın iştirakı olmadan bölgədə heç bir layihə həyata keçirilmir. Qürurla vurğulamaq olar ki, Azərbaycan regionun lideri, BMT Təhlükəsizlik Şurasının üzvü, bir çox təşkilatların təsisçisi və fəal iştirakçısıdır.

Bəzi hallarda beynəlxalq qurumlar tərəfindən ölkəmizə qarşı qərəzli yanaşmanın mövcud olduğunu vurğulayan E.Aslanov bildirmişdir ki, bir neçə gün bundan öncə Avropa Parlamentinin bir qrup deputatı Azərbaycan ilə bağlı ədalətsiz və birtərəfli qətnamə qəbul etmişdir. Bu qərara münasibət bildirən E.Aslanov demişdir: “Nəyə görə hər hansı bir məsələyə dərhal münasibət bildirən bu Avropa təsisatı 20 ildir ki, ermənilər tərəfindən hüquqları pozulmuş, evlərindən didərgin düşmüş azərbaycanlıların taleyinə biganə yanaşır?! Nəyə görə Dağlıq Qarabağ beynəlxalq təşkilatların və böyük dövlətlərin diqqətindən kənarda qalmışdır?! Bunu yalnız ikili standart adlandırmaq olar”.

Azərbaycanın müasir, tolerant və gəncləşən ölkə olduğunu deyən Elnur Aslanov Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlərin bundan sonra da vətəndaşlarımızın rifahına xidmət edəcəyini diqqətə çatdırmışdır. Bildirilmişdir ki, gənclər bu il keçiriləcək prezident seçkilərində haqlı olaraq Azərbaycanın inkişafı, gələcəyi, tərəqqisi naminə yorulmadan çalışan dövlətimizin başçısı İlham Əliyevin namizədliyini dəstəkləyirlər.

Sonda ARGTMŞ-nın üzv təşkilatlar üçün yeni imkanlarını əks etdirən layihələrin təqdimatı olmuşdur.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb

Quterreş Azərbaycan və Ermənistanı münasibətlərin normallaşması üçün bütün məsələləri həll etməyə çağırıb

Blinken Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə razılaşmanı alqışladığını bildirib

Ekvadorda enerji böhranı ilə əlaqədar iki ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib

OLED-displeyləri ilə təchiz edilmiş ilk bank kartı təqdim olunub

Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb