Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Hökuməti ilə Lixtenşteyn Knyazlığı Hökuməti arasında 2013-cü il 29 noyabr tarixli “Azərbaycan Respublikası və Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında” Sazişdə nəzərdə tutulan qaydaların qarşılıqlı olaraq tətbiq edilməsi barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və Lixtenşteyn Knyazlığı Xarici İşlər, Təhsil və Mədəniyyət Nazirliyinin notalar mübadiləsi formasında bağlanmış Sazişin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikası Hökuməti ilə Lixtenşteyn Knyazlığı Hökuməti arasında 2013-cü il 29 noyabr tarixli “Azərbaycan Respublikası və Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında” Sazişdə nəzərdə tutulan qaydaların qarşılıqlı olaraq tətbiq edilməsi barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və Lixtenşteyn Knyazlığı Xarici İşlər, Təhsil və Mədəniyyət Nazirliyinin 2016-cı il 11 və 14 oktyabr tarixli notalar mübadiləsi formasında bağlanmış Saziş təsdiq edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 dekabr 2016-cı il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin