Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən Mətbuat qrupunun tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 74.5-ci maddələrinə və “Kütləvi informasiya vasitələrində seçkiqabağı (referendumqabağı) təşviqatın aparılması qaydalarına əməl olunmasına nəzarət üzrə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində Mətbuat qrupu haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən qərara alır:

1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 4 sentyabr 2008-ci il tarixli 17/85 saylı Qərarı ilə təsdiq edilmiş Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən Mətbuat qrupunun tərkibində dəyişiklik edilərək Azər Tağıyev Qabil Orucovla əvəz edilsin.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr           Məzahir Pənahov

Katib          Arifə Muxtarova

Katib          Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin