RƏSMİ SƏNƏDLƏR


“Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin emblemi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 25 mart tarixli 216 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

A+ A

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin emblemi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 25 mart tarixli 216 nömrəli Fərmanını “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 dekabr tarixli 706 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

“Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin emblemi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 25 mart tarixli 216 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 3, maddə 174) aşağıdakı dəyişikliklər edilsin:

1. Adında və mətnində (hər iki halda) “Milli Təhlükəsizlik Nazirliyinin” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətinin” sözləri ilə əvəz edilsin.

2. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin emblemi haqqında Əsasnamə” üzrə:

2.1. adında,1-ci hissəsinin birinci və ikinci cümlələrində, 2-ci hissəsində, 3-cü hissəsində (hər üç halda) və 4-cü hissəsinin birinci, ikinci və üçüncü abzaslarında “Milli Təhlükəsizlik Nazirliyinin” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətinin” sözləri ilə əvəz edilsin;

2.2. 1-ci hissəsinin birinci cümləsində “milli təhlükəsizlik” sözləri “dövlət təhlükəsizliyi” sözləri ilə əvəz edilsin;

2.3. 2-ci hissəsində “Nazirliyin” sözü “Xidmətin” sözü ilə, “Milli Təhlükəsizlik Nazirliyinə” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətinə” sözləri ilə əvəz edilsin.

3. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin rəsmi embleminin təsviri” üzrə:

3.1. adında, birinci hissəsində və emblemin şəklinin adında “Milli Təhlükəsizlik Nazirliyinin” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətinin” sözləri ilə əvəz edilsin;

3.2. ikinci hissəsinin birinci cümləsində “MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİ” sözləri “DÖVLƏT TƏHLÜKƏSİZLİYİ XİDMƏTİ” sözləri ilə əvəz edilsin;

3.3. emblemin şəkli yenisi ilə əvəz edilsin (əlavə olunur).

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 avqust 2016-cı il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır