Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabineti Qərar
№ 206

 Bakı şəhəri, 18 sentyabr 2012-ci il

Dövlət Taxıl Fonduna tədarük edilən taxılın həcminin müəyyən edilməsi haqqında

"Taxıl haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 370 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 745 nömrəli Fərmanının 1.1-ci bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli 105 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları"nın 2.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Dövlət Taxıl Fonduna taxılın tədarükü 500 (beş yüz) min ton həcmində müəyyən edilsin.

2. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə tapşırılsın ki, bu qərarın 1-ci hissəsi ilə bağlı müvafiq tədbirlərin görülməsini təmin etsin.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin