RƏSMİ SƏNƏDLƏR


Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 5 fevral tarixli 522 nömrəli Fərmanı ilə  təsdiq edilmiş “Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları”nda dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli    267-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 5 fevral tarixli 522 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 88, № 12, maddə 1241; 2009, № 6, maddə 419; 2011, № 2, maddə 85) ilə təsdiq edilmiş “Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları”nda  aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 13.5-1-ci bənd əlavə edilsin:

“13.5-1. dövlət qulluqçusunun sertifikatları barədə məlumat;”.

2. 13.6-cı bəndə “attestasiyadan” sözündən əvvəl “2016-cı il 9 avqust tarixinədək” sözləri əlavə edilsin.

3. Həmin Qaydaların 4 nömrəli əlavəsinə aşağıdakı məzmunda VI-I bölmə əlavə edilsin:

 “VI-I. Sertifikat

 

Sertifikatın alınma tarixi

Sənəd

Sertifikat barədə məlumat

Qeyd

nömrəsi

qüvvədəolma tarixi

 

 

 

 

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 may 2017-ci il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır