Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 177-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 118; 2016, № 5, maddə 862) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 2.0.5-1-ci və 3.0.26-1-ci yarımbəndlər əlavə edilsin:

“2.0.5-1. qanunla müəyyən edilmiş tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin “Tik - idarə et - təhvil ver” modelinə uyğun həyata keçirilməsi üçün qanunda nəzərdə tutulmuş tədbirlər görür;”;

“3.0.26-1. qanunla müəyyən edilmiş tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin “Tik - idarə et - təhvil ver” modelinə uyğun həyata keçirilməsi üçün qanunda nəzərdə tutulmuş tədbirlər görmək;”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 avqust 2016-cı il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin