ELM VƏ TƏHSİL


Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisidir

Bakı, 27 may, AZƏRTAC 

Gələn il müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin (AXC ) yaranmasının yüz illiyi tamam olur.

1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyini bəyan edən AXC bolşevik Rusiyası tərəfindən işğalına kimi, 23 ay ərzində öz üzərinə götürdüyü çətin tarixi missiyanı şərəflə yerinə yetirib. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edilib, ölkənin sərhədləri müəyyənləşdirilib, bayrağı, himni və gerbi yaradılıb, ana dili dövlət dili elan edilib, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirilib. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edilib, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradılıb, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları qurulub, Azərbaycanın ilk universiteti təsis olunub.

Bu fikirləri Azərbaycan Turizm və Menecment Universittində (ATMU) 28 May – Respublika Gününə həsr olunan “Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda keçirilən “dəyirmi masa”da ATMU-nun rektoru vəzifəsini icra edən, dosent Eldar Aslanov söyləyib.

ATMU-dan AZƏRTAC-a bildiriblər ki, E.Aslanov dövlətimizin başçısının imzaladığı müvafiq sərancama əsasən, AXC-nin yaranmasının 100 illiyi münasibətilə universitetdə “İstiqlal dərsləri”nin, tələbələr arasında inşa yazı, bədii qiraət müsabiqəsinin, o cümlədən kitab sərgisinin, idman yarışlarının keçiriləcəyini deyib.

“Heydər Əliyev lektoriyası”nın rəhbəri, dosent Məhərrəm Zülfüqarlı, fəlsəfə üzrə fəlsəfə doktoru Elşən Bayramzadə, Bünyamin Qəmbərli və digər çıxış edənlər AXC-nin qurulmasında tarixi xidmətləri olan şəxsiyyətlərin fəaliyyətlərindən söz açıblar. Diqqətə çatdırılıb ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyinin bərpası ilə özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını bir daha təsdiqləyib. AXC-nin siyasi və mənəvi varisi olaraq üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. İyirmi altı ildir ki, ölkəmizdə Respublika Günü dövlət səviyyəsində təntənə ilə qeyd olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.