Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin embleminin TƏSVİRİ

Azərbaycan Respublikası Prezidentinin
2017-ci il 31 may tarixli
Fərmanı ilə TƏSDİQ EDİLMİŞDİR

Əlavə II

Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin emblemi göy (peyğəmbərçiçəyi) haşiyəli tünd göy dairə formasındadır. Dairənin kənarında qövs boyunca tünd qızılı hərflərlə yuxarıda “AZƏRBAYCAN RESPUBLİKASI”, aşağıda “XARİCİ KƏŞFİYYAT XİDMƏTİ” sözləri yazılmışdır.

Dairənin ortasında səkkiz yerdən qızılı qadaqla bərkidilmiş, göy (peyğəmbərçiçəyi) haşiyəli tünd göy rəngli dairəvi qalxan təsvir edilmişdir. Qalxanın dairəyə nisbəti 5:6-dır.

Qalxanın mərkəzində qızılı rəngdə səkkizguşəli ulduz, onun üzərində tünd göy rəngli dairənin fonunda qızılı rəngdə aypara və ayparanı bütöv bir dairə şəklində tamamlayan qızılı rəngdə qılınc təsviri vardır. Ulduzun guşələrinin ucları qalxanın hüdudları ilə məhdudlaşır.

Ayparanın daxilində üzərində meridian və paralellərin kəsişdiyi qızılı rəngdə kürə təsvir olunmuşdur. Kürənin yuxarı sağ dörddə birində qövs şəklində Azərbaycan Respublikası Dövlət bayrağının rəngləri əks etdirilmişdir (emblemin şəkili əlavə edilir).

 

“Azərbaycan Respublikası
Xarici Kəşfiyyat Xidmətinin embleminin
təsviri”nə əlavə 
 
 
 
 
 
 
 
 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin