RƏSMİ SƏNƏDLƏR


“Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 965 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 965 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 6, maddə 372; 2005, № 6, maddə 495; 2012, № 4, maddə 378; № 12, maddə 1330; 2016, № 2, (II kitab), maddə 251) 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Komissiyasının tərkibi aşağıdakı redaksiyada verilsin:

“Komissiyanın sədri

Xələf Xələfov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Komissiya sədrinin müavini

Fərhad Tağı-zadə - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini

Komissiyanın üzvləri:

Rauf Hacıyev - Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Oruc Zalov - Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

İsmayıl Bağırov - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini

Elbrus Orucov - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin müavini - Əməliyyat Baş İdarəsinin rəisi

Məmməd Sadıq Quliyev - Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin birinci müavini

Elxan Usubov - Şəki Şəhər İcra Hakimiyyətinin başçısı

İslam Rzayev - Balakən Rayon İcra Hakimiyyətinin başçısı

Şəmsəddin Xanbabayev - Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı

Musa Şəkiliyev - Qax Rayon İcra Hakimiyyətinin başçısı

Səbuhi Abdullayev - Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı

Şair Alxasov - Qusar Rayon İcra Hakimiyyətinin başçısı

Eyvaz Qurbanov - Oğuz Rayon İcra Hakimiyyətinin başçısı

Mübariz Əhmədzadə - Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı

Elçin Nəsibov - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin inzibati və hərbi normativ aktlar idarəsinin rəisi

Azad Nağıyev - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Aparatının torpaq münasibətlərinin tənzimlənməsi, torpaqların monitorinqi və geodeziya şöbəsinin müdiri”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişikliklər barədə Rusiya Federasiyası tərəfinə bildiriş göndərsin.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 fevral 2017-ci il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır