RƏSMİ SƏNƏDLƏR


“Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 622-IVQD nömrəli Qanununda dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

A+ A

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 622-IVQD nömrəli Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 5, maddə 471, № 12, maddə 1502; 2015, № 6, maddə 682) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.13-cü maddədə “2017-ci il” sözləri “2018-ci il” sözləri ilə əvəz edilsin.

2. 2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 2. Bu Qanunun 1.8-ci və 1.11-ci maddələri 2017-ci il yanvarın 1-dən, digər müddəaları 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 noyabr 2016-cı il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır