Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 28 oktyabr tarixli 1085-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 537; 2006, № 2, maddə 67; 2015, № 2, maddələr 87, 89) ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 6.5-ci maddənin birinci cümləsinə “şikayətin verilməsi” sözlərindən sonra “, bu Əsasnamənin 6.5-1-ci maddəsinə əsasən vergilərin və ödənişlərin icrasının dayandırılması barədə qərar qəbul edildiyi hallar istisna olmaqla,” sözləri əlavə edilsin.

2. Aşağıdakı məzmunda 6.5-1-ci maddə əlavə edilsin:

“6.5-1. Yerli (bələdiyyə) vergilərin və ödənişlərin düzgün tətbiq olunmaması barədə şikayət verildiyi hallarda, vergilərin və ödənişlərin icrasının dayandırılması ilə bağlı məsələyə, maraqlı şəxsin ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə şikayət instansiyasının öz təşəbbüsü ilə, şikayət instansiyası tərəfindən dərhal baxılır və bu barədə müvafiq qərar qəbul edilir.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 may 2016-cı il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin