Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 697, № 12, maddə 1085; 2010, № 5, maddə 382; 2016, № 6, maddə 996; 2017, № 2, maddə 163) ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. “I siyahı. Narkotik vasitələr” fəslinə aşağıdakı məzmunda 31-32-ci maddələr əlavə edilsin:

 

 31.

MT-45 (IC-6)

0,5

2,5

 32.

Asetilfentanil

0,0002

0,001

 

2. “II siyahı. Psixotrop maddələr” fəslinə aşağıdakı məzmunda 112-116-cı maddələr əlavə edilsin:

 

 112.

alfa-pirrolidinovalerofenon (a-PVP)

0,3

3

113. 

Metoksetamin (MXE)

0,2

1

114. 

para-metoksimetilamfetamin (PMMA)

0,5

2,5

115. 

para-metil-4-metilaminoreks (4,4-DMAR)

0,5

2,5

116. 

Fenazepam

2

50

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 aprel 2017-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin