CƏMİYYƏT


Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü Hərb Tarixi Muzeyində qeyd olunub

A+ A

Bakı, 7 noyabr, AZƏRTAC

9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə Hərb Tarixi Muzeyində “Müstəqilliyimizin və milli mənsubiyyətimizin müqəddəs rəmzi olan bayrağımız” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə dövlət bayrağının tarixindən danışıb. Qeyd edib ki, ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən təsis olunan üçrəngli bayrağımız 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra dəyişdirilib. Lakin XX əsrin sonunda ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayrağımız yenidən əsas bayraq kimi bərpa olunub. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən dövlət bayrağını bərpa edib.

Sonra Muzeyin baş elmi işçisi Vahid İsmayılov “Dirçəliş Günü – milli azadlıq mübarizəsinin başlanğıcı”, ekspozisiya bölməsinin rəisi Şəlalə Hüseynova isə “12 noyabr – Konstitusiya Günüdür” mövzularında məruzələrlə çıxışlar ediblər.

Çıxışlardan sonra Dövlət Bayrağı Gününə həsr olunan film nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.