SİYASƏT


Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasında Dövlət Müstəqilliyi günü qeyd olunub

A+ A

Bakı, 18 oktyabr, AZƏRTAC

Oktyabrın 18-də Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasında ölkəmizin dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Dövlət Dəniz Administrasiyasının rəhbərliyi, administrasiyanın struktur bölmələrinin, tabeliyində olan qurumların əməkdaşları, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.

Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov bildirib ki, Sovet İttifaqının süqutundan sonra Azərbaycan 18 oktyabr 1991-ci ildə öz müstəqilliyini bərpa edib. Bununla da, zəngin dövlətçilik ənənələrinə sahib olan Azərbaycan 70 illik fasilədən sonra son 100 il ərzində ikinci dəfə öz dövlət müstəqilliyini qazanıb. Əgər 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin birinci müstəqilliyi cəmi 23 ay çəkmişdisə, hazırda respublikamız artıq 25 ildir ki, beynəlxalq hüququn müstəqil subyekti - suveren dövlətdir.

Həmçinin Qüdrət Qurbanov bildirib ki, müstəqilliyə gedən yol mürəkkəb siyasi proseslərlə, qanlı hadisələrlə müşayiət edilib. Tarixin bu mərhələsinin canlı şahidi olduğumuzdan onların miqyası da, o hadisələri törədənlərin məramı da bizə yaxşı məlumdur. Qismətimizə düşən və ömrümüzün ən yaddaqalan hadisəsi isə ümummilli lider Heydər Əliyevin, xalqımızın məşəqqətləri və şəhidlərimizin qanı bahasına qazanılan bu azadlığı və müstəqilliyi dərin zəkası, fitri siyasi istedadı və əlbəttə ki, sonsuz Vətən eşqi ilə xilas etməsi olub. Bütün mənalı və şərəfli ömrü boyu “Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir” düşüncəsi ilə çarpışan ulu öndər Heydər Əliyev müstəqilliyin ilk illərində haqlı olaraq deyirdi: “Müstəqilliyi qazanmaq asan, onu qorumaq isə çox çətindir”.

Eyni zamanda qeyd edilib ki, Prezident İlham Əliyev tərəfindən ölkəmizin bu gün siyasi, sosial və iqtisadi sahələrdə nə qədər böyük inkişaf yolu keçdiyi göz qabağındadır və daxildə sabit siyasi vəziyyətə, daimi islahatlarla təkmilləşdirilən və cəmiyyətin maraqlarına cavab verən siyasi sistemə, dövlət-vətəndaş münasibətlərində harmoniyaya, davamlı iqtisadi inkişafa nail olan Azərbaycan Respublikası dünya dövlətləri arasında özünə layiqli yer tutaraq regionda lider olan bir ölkəyə çevrilib.

Bununla yanaşı Azərbaycanın əldə etdiyi uğurların real mənzərəsini görmək üçün iqtisadiyyatımızın strateji cəhətdən mühüm sahələrdən biri olan dəniz nəqliyyatı sahəsində formalaşdırılmış siyasətə uyğun olaraq həyata keçirilən davamlı islahatlardan, eləcə də bu sahədə əldə edilmiş uğurlardan bəhs edilib.

Tədbir daha sonra administrasiyanın struktur bölmələrinin və tabeliyində olan qurumların əməkdaşlarının ölkəmizin dövlət müstəqilliyinə həsr olunmuş çıxışları ilə davam etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.