RƏSMİ SƏNƏDLƏR


Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

A+ A

Azərbaycan Respublikası Konstitusiyasının 3-cü maddəsinin II hissəsinin 1-ci bəndini və 109-cu maddəsinin 18-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi ümumxalq səsverməsinə (referenduma) çıxarılsın və kütləvi informasiya vasitələrində dərc edilsin (layihə əlavə olunur).

2. Ümumxalq səsverməsi (referendum) 2016-cı il sentyabrın 26-na təyin edilsin.

3. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası ümumxalq səsverməsinin (referendumun) bu Sərəncamın 2-ci hissəsində göstərilən tarixdə keçirilməsini təmin etsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti ümumxalq səsverməsinin (referendumun) maliyyələşdirilməsi ilə əlaqədar zəruri tədbirləri həyata keçirsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 iyul 2016-cı il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır