RƏSMİ SƏNƏDLƏR


“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 12, maddə 984; 2007, № 6, maddə 562, № 10, maddə 938, № 12, maddə 1196; 2009, № 6, maddə 404, № 7, maddələr 507, 517; 2010, № 10, maddə 839; 2011, № 7, maddə 612; 2014, № 11, maddə 1371; 2015, № 6, maddə 684, № 11, maddə 1296; 2016, № 3, maddə 405, № 11, maddə 1771) aşağıdakı dəyişikliklər edilsin:

1. 16.3-cü maddənin ikinci cümləsindən “bu Qanunun 49-1.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla” sözləri çıxarılsın.

2. 49-1-ci maddə ləğv edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 aprel 2017-ci il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin