Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Azərbaycan Respublikasının Milli Atlası”nın və “Cənubi Qafqaz: 1903-cü il” xəritəsinin təqdimatı keçirilib

Bakı, 2 fevral, AZƏRTAC 

Fevralın 2-də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (DTXK) və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikasının Milli Atlası”nın və “Cənubi Qafqaz: 1903-cü il” xəritəsinin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, “Azərbaycan Respublikasının Milli Atlası”nın redaksiya heyətinin sədr müavini, AMEA-nın prezidenti, akademik Akif Əlizadə ölkəmizin ərazi bütövlüyünün, tarixi və coğrafi adlarının təhrif olunması ilə bağlı son vaxtlar kartoqrafik saxtakarlıqların artdığını bildirib. Qeyd edib ki, məhz bu cür saxtakarlıqların qarşısının alınmasının zəruriliyi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanmış 2011-ci il 20 aprel tarixli “Cənubi Qafqaz: 1903-cü il” xəritəsinin və 2012-ci il 18 aprel tarixli “Azərbaycan Respublikasının Milli Atlası”nın nəşri haqqında sərəncamlarda öz əksini tapıb.

Milli Atlası coğrafiya və kartoqrafiyanın nailiyyətlərini özündə cəmləşdirən ən yüksək səviyyədə tamamlanmış kartoqrafik əsər kimi qiymətləndirən Akif Əlizadə milli atlasların nəşrinin bir çox dövlətlərdə xəritəçəkmə orqanları qarşısında duran prioritet məsələlərdən olduğunu vurğulayıb. Akademik Akif Əlizadə yalnız güclü elmi potensiala malik dövlətlərin bu məsuliyyətli işin öhdəsindən müstəqil şəkildə gələ bildiklərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Milli atlasların məkan məlumatları infrastrukturları üçün yeganə baza rolunu oynadığını bildirən AMEA-nın prezidenti Milli Atlasın Coğrafi İnformasiya Sistemi versiyasının hazırlanmasının ölkəmizdə Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılmasına həlledici təkan verəcəyini qeyd edib.

Çıxışının sonunda “Azərbaycan Respublikasının Milli Atlası”nın və “Cənubi Qafqaz. 1903-cü il” xəritəsinin nəşrini Azərbaycanın elmi, ictimai və mədəni həyatında mühüm tarixi hadisə kimi dəyərləndirən Akif Əlizadə diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

Tədbirdə “Azərbaycan Respublikasının Milli Atlası” məxsusi kartoqrafik əsərdir” mövzusunda məruzə ilə çıxış edən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, AMEA-nın Aqrar Elmlər Bölməsinin akademik-katibi, Milli Atlasın redaksiya heyətinin məsul katibi, akademik Qərib Məmmədov “Cənubi Qafqaz: 1903-cü il” xəritəsinin əsas mahiyyətini xarakterizə edərək, indiki Ermənistan Respublikası ərazisindəki coğrafi adların bütövlükdə azərbaycanlılara məxsus olması barədə bir sıra əsaslı dəlillər səsləndirib.

Ölkəmizin informasiya müharibəsində kartoqrafik saxtakarlıqlarla üz-üzə qaldığını vurğulayan Qərib Məmmədov “Cənubi Qafqaz: 1903-cü il” xəritəsinin və “Azərbaycan Respublikasının Milli Atlası”nın bu kimi təhdidlərə tutarlı cavab olduğunu bildirib. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Milli Atlası” ölkəmizlə bağlı ilk sanballı, irimiqyaslı kartoqrafik nəşrdir” fikrini xüsusi vurğulayan Qərib Məmmədov Azərbaycan tarixində indiyə qədər Milli Atlasın olmadığını bildirib, eləcə də “coğrafi atlas” anlayışının müasir təriflərindən, atlasların və atlas kartoqrafiyası üsullarının inkişaf tarixindən danışıb, Milli Atlasın əsas funksiyalarını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Milli Atlasın nəşri ilə bağlı aparılmış işlərdən, onun digər atlaslardan fərqindən, ölkənin sosial-iqtisadi kompleksinin inkişaf proqramlarının analizində, proqnozlaşdırılmasında və hazırlanmasında istifadəsindən, elmi tədqiqatlarla məşğul olanlar üçün əhəmiyyətindən, dərs vəsaiti kimi yararlılığından bəhs edən komitə sədri Milli Atlasın geoməkan məlumatlarının idarə olunması ideologiyası əsasında yaradıldığını qeyd edib, ölkəmizdə bu istiqamətdə görülmüş işlər haqqında məlumat verib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov deyib ki, dövlətin öz məqsədlərinə çatması yolunda kartoqrafik materialların əhəmiyyətini və təsir imkanlarını yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasında bu sahənin inkişafına xüsusi həssaslıqla yanaşır, xəritəçəkmə fəaliyyətinə dövlət qayğısının artırılması istiqamətində təsirli tədbirlərin görülməsini təmin edirdi. Təsadüfi deyil ki, 2001-ci ildə ölkədə struktur islahatları aparılarkən kartoqrafiya problemləri də diqqətdən yayınmayıb, mövcud resurslardan daha səmərəli istifadə etmək üçün Dövlət Torpaq Komitəsi ilə Dövlət Geodeziya və Kartoqrafiya Komitəsinin bazasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi yaradılıb. Komitənin ictimaiyyətə açıqladığı məlumatlar və statistik göstəricilər Azərbaycanda kartoqrafiya sahəsinin inkişafının yeni mərhələsinin Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu söyləməyə əsas verir. Prezidentin müstəsna diqqəti və himayəsi sayəsində 2003-cü ildən indiyə qədər respublikada müxtəlif mövzularda 200-dən çox xəritə və atlas nəşr edilib. Bu sırada ana dilində çap olunmuş topoqrafik xəritələri, Azərbaycan Respublikasının ekoloji, torpaq, turizm, tarix, aqroiqlim və s. atlaslarını qeyd etmək olar. Bundan başqa, son 10 ildə milli maraqlarımıza uyğun olaraq dövlət sərhədlərinin delimitasiyası sahəsində görülən işlərin nəticələri də ictimaiyyətə məlumdur.

“Xəritəçəkmə sahəsində indiyədək həyata keçirilmiş tədbirlərin əhəmiyyətini azaltmadan inamla qeyd etmək olar ki, kartoqrafiyamızın şah əsəri, şübhəsiz, Azərbaycan Respublikasının Milli Atlasıdır”, - deyən şöbə müdiri diqqətə çatdırıb ki, bu fundamental nəşr ölkəmiz haqqında mühüm informasiya mənbəyi, analitik material, sosial-iqtisadi inkişaf üçün tələb olunan biliklərin məcmusudur. Nəşrdə Azərbaycanın tarixi, mədəniyyəti, iqlimi, flora və faunası, yeraltı və yerüstü sərvətləri, iqtisadiyyatı və digər sahələr haqqında mötəbər bilgilər toplanıb. Atlasda qiymətli elmi məlumatların, 1000-ə yaxın xəritə, diaqram və cədvəlin, arayışların, qrafik və illüstrasiyaların yer alması redaksiya heyətinin və bu işə cəlb olunmuş bütün mütəxəssislərin gərgin əməyinin nəticəsidir.

Prezident Administrasiyasının rəsmisi vurğulayıb ki, Azərbaycanın Milli Atlasının ərsəyə gəlməsi həm dövlət müstəqilliyimizin bizə bəxş etdiyi tarixi nailiyyət, həm xalqımızın yüksək intellektual potensialının göstəricisi, həm də son illər sosial-iqtisadi sahədə qazanılmış uğurların nəticəsidir. Cəmiyyətimiz üçün bir neçə aspektdən faydalı olacaq atlas Azərbaycanın milli maraqlarının qorunması, ilk növbədə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli işinə də mühüm töhfə verə bilər.

Professor Əli Həsənov bildirib ki, atlas tədqiqatçılar, o cümlədən, tarixçilər, iqtisadçılar və siyasətşünaslar üçün də mötəbər mənbə rolunu oynaya bilər. Nəşri diqqətlə öyrənən araşdırmaçı Azərbaycanın daxili və xarici siyasəti, inkişaf meyilləri, prioritetləri, təhlükəsizlik və müdafiə konsepsiyası və digər məsələləri anlamaq üçün müəyyən imkanlara sahib olur. Atlas Azərbaycanın sosial-iqtisadi inkişafına, gənc nəslin maariflənməsinə və vətənpərvərlik ruhunda tərbiyəsinə, xalqımızın tarixi irsi və zəngin mədəniyyəti barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına sanballı töhfə verəcək.

“Azərbaycan Respublikasının Milli Atlasının nəşri dövlətçilik tariximizin mühüm hadisəsidir” adlı məruzə ilə çıxış edən AMEA A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov bildirib ki, Milli Atlasın nəşr edilməsi ölkəmizin tarixində təkcə nəşriyyat işi sahəsində əldə olunmuş nailiyyət kimi qiymətləndirilməməlidir. Bu nəşr həm də xalqın zəngin tarixini və dövlətin müstəqilliyini təsdiq edən ən qiymətli ilk mənbədir. Milli Atlasa daxil olan tarixi xəritələrin qədim dövlətçilik ənənələrimizi olduqca parlaq şəkildə sübut etdiyini söyləyən Yaqub Mahmudov atlasa Azərbaycan tarixinə dair bütövlükdə 70 xəritənin daxil edildiyini bildirib.

Tədbirdə çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov “Azərbaycan Respublikasının Milli Atlası”nın və “Cənubi Qafqaz: 1903-cü il” xəritəsinin əsas mahiyyətindən və əhəmiyyətindən danışaraq görülən işlərin əhəmiyyətini vurğulayıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rəis müavini: "Xüsusi icra məmurları haqqında" Qanundan gözlənti daha sürətli, əlçatan və effektiv icra mühitinin formalaşdırılmasıdır

Aqrar Xidmətlər Agentliyi istixanalarda və saxlanılma yerlərində fumiqasiya tədbirləri aparır

Sədr müavini: Qərb regionunda 32 ədəd subartezian quyusunun təmiri nəzərdə tutulur

Şəki Dövlət Peşə Təhsil Mərkəzi əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrlar hazırlayır

Yeni Dövlət Proqramında dəstək mexanizmlərindən biri də aqrar kredit faizlərinin subsidiyalaşdırılmasıdır

Qurban Qurbanov dünya çempionatındakı favoritini açıqlayıb

On ildə Ağdaşda kənd təsərrüfatı məhsullarının həcmi 217 faiz artıb

Nazir müavini: 2030-cu ilə qədər qoyun əti istehsalının 21 faiz artırılması nəzərdə tutulur

Meksika millisinin futbolçusu dünya çempionatlarının tarixinə düşüb

Sahibə Qafarova: Ulu Öndərin dövlətçilik konsepsiyası xalqın uzunmüddətli strateji maraqlarına əsaslanır

Bəzi yerlərdə arabir şimşək çaxır, leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Zaur Əliyev: DAİM-lərin regional əsasda idarəetməyə keçidi planlaşdırılır

Tədqiqat: İsveçdə ana olmaqdan şüurlu şəkildə imtina edən qadınlara qərəzli münasibət göstərilir

Heydər Əliyev Beynəlxalq Aeroportundan 40-a yaxın aviaşirkət tərəfindən aviareyslər həyata keçirilir

Zəngilanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə regional müşavirə işə başlayıb

ADSEA sədri görülən və planlaşdırılan işləri açıqlayıb

Alimlər xəbərdarlıq edirlər: Dünyanı ekstremal hava hadisələri gözləyir

FAO mütəxəssisi: Azərbaycanın yeni kənd təsərrüfatı proqramı kifayət qədər əhatəli xarakter daşıyır

ABŞ NATO-ya təqdim etdiyi qırıcıların sayını azaltmağı planlaşdırır

Zaur Mikayılov: Kənd təsərrüfatının inkişafında müasir və dayanıqlı suvarma sistemləri əsas amillərdən biridir

Yaponiyada ölümcül gənə virusunu bir neçə saata aşkar edən test hazırlanır

Nazir müavini: 480 min hektar örüş və otlaq sahəsinin bərpasının təşviqi nəzərdə tutulur

“Goldman Sachs” neft qiymətlərinə dair proqnozunu aşağı salıb

Seymur Səfərli: Lazer hamarlama texnologiyası suya qənaət və məhsuldarlıq baxımından səmərəlidir

Zaur Əliyev: Məhsuldarlığın maksimum dərəcədə artırılması aqrar sahənin qarşısında duran əsas vəzifələrdəndir

Nazir müavini: 300 yeni yarımintensiv qoyunçuluq təsərrüfatının yaradılması planlaşdırılır

Rəqəmsal dövlət problemlərinə həsr olunmuş elmi əsərlər toplusu çapdan çıxıb

Yeni Zelandiyaya gələn beynəlxalq turistlərin sayı 8 faiz artıb

Ötən gün 76 cinayətin açılması təmin edilib

Seymur Səfərli: Yeni Dövlət Proqramının ən mühüm istiqamətlərindən biri buğda istehsalının artırılması və məhsuldarlığın yüksəldilməsidir

Müasir suvarma sistemləri quraşdırılmış sahələrin 2030-cu ilədək 300 min hektara çatdırılması proqnozlaşdırılır

Körfəzdə davam edən gərginlik neft qiymətlərini yüksək həddə saxlayır

Özbəkistanda onkoloji xəstəliklərlə mübarizə üzrə Milli Proqram həyata keçiriləcək

Zeynal Nağdəliyev: 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramı qarşıdakı dövr üçün aqrar sektorun yeni inkişaf modelini müəyyən edən strateji sənəddir

Azərbaycanda buğda istehsalı üzrə hədəflərə çatmaq üçün nəzərdə tutulan tədbirlər açıqlanıb

Şahmar Mövsümov: Regional müşavirənin məqsədi Dövlət Proqramında nəzərdə tutulan hədəfləri birgə müzakirə etməkdir

Filippin Respublikasının Prezidenti Zati-aliləri cənab Ferdinand Romualdez Markosa

Rusiya Federasiyasının Prezidenti Zati-aliləri cənab Vladimir Putinə

Prezidentin köməkçisi: Aqrar sahədə keyfiyyətcə yeni mərhələyə keçidin vacibliyi yeni Dövlət Proqramının qəbul edilməsini şərtləndirib

“Kəpəz” Arif Əsədovla danışıqlar aparır

Nazir müavini: Bizim qərarlarımız real məhsuldarlıq göstəricilərinə əsaslanmalıdır

Milli Məclis növbədənkənar sessiya çərçivəsində daha 10 məsələnin müzakirəsinə başlayıb

Kembric və ALTE ilə əməkdaşlıq: DİM beynəlxalq imtahan standartlarını Azərbaycana gətirir

Ağdaşda regional müzakirə: kənd təsərrüfatı, balıqçılıq və akvakulturanın inkişafına dair yeni Dövlət Proqramı müzakirə olunur

Göygöl rayonunda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsinə həsr olunmuş regional müşavirə keçirilir

Bilal Dündar: 1994-cü ildən başlanan enerji siyasəti Azərbaycanın inkişaf tarixində dönüş nöqtəsi olub

Beş ayda “Şuşa KOB evi”ndə sahibkarlara 560-dək xidmət göstərilib

Astara terminalında tranzit daşımaların həcmi artıb

Xalid Əhədov: Qarşıdakı dövrdə özəl sektor aqrar dəyər zəncirinin əsas iştirakçısı və aparıcı qüvvəsi kimi çıxış etməlidir

BMT Baş katibi xəbərdarlıq edib: Nifrət ritorikası sürətlə yayılır

DSMF ilə UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb

Naxçıvanda vergi ödəyicilərinə xidmət mərkəzlərində 19 mindən çox şəxs qəbul edilib

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasında növbəti oyuna çıxır

Sosial mediada çox vaxt keçirən yeniyetmələrdə depressiya riski artır - tədqiqat

Xankəndidə AZƏRTAC-ın Uşaq Bilik Portalının təqdimatı olub VİDEO

Xankəndidə AZƏRTAC-ın Uşaq Bilik Portalının təqdimatı olub VİDEO

Azərbaycanın multikultural irsində İsmayıllı molokanlarının toy mərasimləri

Xalid Əhədov: Aqrar sahədə ekstensiv yanaşmadan intensiv inkişafa keçidin təmin olunması əsas hədəfdir

BDYPİ “Son zəng” günü ilə əlaqədar məzunlara və valideynlərə müraciət edib

Gələn ildən futbolçuların müqavilələrinə sərbəstqalma bəndinin daxil edilməsi məcburi olacaq

Prezidentin köməkçisi: 2015-2025-ci illərdə istifadə olunmayan 169 min hektar torpaq sahəsi əkin dövriyyəsinə qatılıb

Dünya çempionatının ən yaxşı futbolçuları açıqlanıb

Kembric kvalifikasiya imtahanına qeydiyyat elan edilir

Soçi hava limanında 57 reys təxirə salınıb

DİM: Magistraturaya qəbul imtahanında 15 min 719 bakalavr iştirak edəcək

Dünya bazarında qızıl və gümüş bahalaşıb VİDEO

Dünya bazarında qızıl və gümüş bahalaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

FHN “Son zəng”lə bağlı avtonəqliyyat vasitələrinin sürücülərinə müraciət edib

Azərbaycan və Çin arasında qida məhsullarının ixracına dair mühüm razılaşmalar əldə olunub

İsmayıllıda Dağlıq Şirvan iqtisadi rayonu üzrə regional müşavirə başlayıb

Dünya çempionatı: B qrupunda mübarizəyə start verilir

Azərbaycan nefti 96 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 96 dollardan baha satılır VİDEO

Aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsinə həsr olunmuş regional müşavirələrə start verilir

İyunun 12-si Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günüdür

Dünya çempionatı: “Beşiktaş”ın hücumçusu Cənubi Koreya millisinə qələbə qazandırıb

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

“Fars”: İran hələ ABŞ ilə razılaşmanın heç bir mətnini təsdiqləməyib

İlon Mask tarixdə ilk trilyonçu olub

Konqo Demokratik Respublikasının milli komandasına ABŞ-yə getməyə icazə verilib

İsrail ordusunun Livana son hücumları nəticəsində 15 nəfər ölüb, 70 nəfər yaralanıb

Astronomlar qalaktikada qeyri-adi kütləyə malik qara dəlik aşkar ediblər

Tramp: Bu gün İranla müharibəyə son qoyduq

Media: Gələn həftənin əvvəlində ABŞ və İran arasında anlaşma memorandumu imzalanacaq

Mərkəzi Komandanlıq: Hörmüz boğazı blokadanı pozmayan bütün ticarət gəmiləri üçün açıqdır

Tramp Netanyahu ilə İranla bağlı razılaşmaları müzakirə edib

Britaniyada daha bir nazir istefa verib

CNN: İran müqavilənin son layihəsini Qətər vasitəsilə ABŞ-yə təqdim edib

DÇ-2026: Açılış oyununda 2 qol, 3 qırmızı vərəqə və ev sahibi Meksikanın qələbəsi YENİLƏNİB 2

Bundestaq Almaniya hərbçilərinin Bosniya və Herseqovinada və Kosovodakı beynəlxalq missiyalarda iştirakını bir il uzadıb

Tramp: İranla saziş böyük ehtimal ki, Avropada imzalanacaq

Türkiyə və Ukrayna arasında regional müdafiə və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb

Azərbaycan və Tailand Xarici İşlər nazirlikləri arasında ilk konsulluq məsləhətləşmələri keçirilib

Dünya çempionatına Mexikodakı təntənəli açılış mərasimi ilə start verilib YENİLƏNİB

Azərbaycan və Estoniya arasında növbəti siyasi məsləhətləşmələr aparılıb

Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb

Medianın İnkişafı Agentliyində məzun könüllülər və növbəti proqramın iştirakçıları ilə görüş olub

Joze Mourinyo yenidən “Real Madrid”in baş məşqçisi təyin olunub

Pentaqonda təhlükəli maddə ilə bağlı yanlış həyəcan siqnalı verildiyi təsdiqlənib

“Platinum Wolf - 2026” təlimində "Yüksəksəviyyəli Müşahidəçi Günü" keçirilib

Hikmət Quliyev: Milli Qurtuluşun ən mühüm nəticələrindən biri ərazi bütövlüyümüzün tam bərpasıdır

Tramp İrana qarşı planlaşdırılan hücumları ləğv edib: Sazişin imzalanma vaxtı tezliklə açıqlanacaq