Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya komissiyasının tərkibində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya komissiyasının tərkibində aşağıdakı dəyişikliklər edilsin:

1. Budaq Əbdüləli oğlu Budaqov və Həsən İbrahim oğlu Mirzəyev vəfatları ilə əlaqədar Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya komissiyasının tərkibindən çıxmış hesab edilsinlər.

2. Əhəd Mikayıl oğlu Abıyev, Əli Musa oğlu Qasımov və Fəridə Cəfər qızı Məmmədova Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya komissiyasının üzvlüyündən azad edilsinlər.

3. Azərbaycan Respublikası Milli Məclisi Regional məsələlər komitəsi sədrinin müavini Fəttah Səməd oğlu Heydərov və AMEA-nın H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Mahmud oğlu Məmmədov Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya komissiyasının üzvləri təyin edilsinlər.

O.Əsədov

Azərbaycan Respublikası Milli Məclisinin sədri

Bakı şəhəri, 14 aprel 2015-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin