SİYASƏT


Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının məlumatı

Bakı, 27 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasından AZƏRTAC-a məlumat daxil olub.

Məlumatda deyilir: “Mətbuatda Azərbaycan Respublikası Prezidentinin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” 2017-ci il 16 mart tarixli Sərəncamına adı düşən şəxsin əvəzinə başqa şəxsin azad edilməsi barədə məlumat yayılıb.

Komissiya bildirir ki, həmin məlumat heç bir rəsmi fakta istinad edilməməklə əsassızdır. Belə ki, qeyd olunan Sərəncam hüquqi aktların rəsmi dərc olunduğu qəzetlərdə, habelə elektron variantda dərc edildiyi Hüquqi Aktların Dövlət Reyestrində dərc olunub. Həmin Sərəncamdan göründüyü kimi, əfv edilmiş şəxs Mahmudov Elvin Habil oğludur.

Eyni zamanda, bildirilir ki, Əfv Məsələləri Komissiyasında məhkum Mahmudov Elvin Bəxtiyar oğlunun da əfv olunması ilə bağlı müraciətə baxılıb.

Müəyyən edilib ki, E.Mahmudovun cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 13 saylı cəzaçəkmə müəssisəsində 2016-cı il oktyabrın 8-də məhkumların qarşılıqlı olaraq bir-birilərinə xəsarət yetirməsi faktına görə cinayət işi başlanıb. Həmin cinayət işinin istintaqı ilə bağlı E.Mahmudov və bəzi məhkumlar məhkəmənin qərarına əsasən cəzaçəkmə müəssisəsindən istintaq təcridxanasına keçirilib. Hazırda istintaq davam etdirilir.

Qeyd olunan səbəbdən Komissiya tərəfindən əlavə yoxlamanın aparılması zərurəti yarandığından məhkum Mahmudov Elvin Bəxtiyar oğlu barəsində müraciətə baxılması təxirə salınıb”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.