Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrininİnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 3 aprel tarixli 75 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu haqqında Nizamnamə”nin 6.3-cü bəndinə uyğun olaraq qərara alıram:

1. Aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvləri təyin edilsinlər:

Dövlət orqanlarından:

Quliyev Cəmaləddin Həsən oğlu

-

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri

Həsənov Rasim Aydın oğlu

-

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin mətbu nəşrlər üzrə qrupunun rəhbəri

Hümbətov İntiqam Rəsul oğlu

-

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri

 Kütləvi informasiya vasitələrindən:

Həsənov Həsən Zal oğlu

-

“Xalq qəzeti”nin baş redaktoru

Hüseynov İlqar Məmməd oğlu

-

“Trend” İnformasiya Agentliyinin baş direktoru

Quliyev Bəhruz Vaqif oğlu

-

“Səs” qəzetinin baş redaktoru

Jurnalist təşkilatlarından:

Əskərov Ramiz Baxşəli oğlu

-

Azərbaycan Jurnalistlər Birliyinin baş katibi

Mirzəyev Ayaz Nizami oğlu

-

“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri

Rüstəmov Əvəz Cahangir oğlu

-

“Ruh” Jurnalistlərin Müdafiəsi İctimai Birliyinin sədri.

2. “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 3 iyun tarixli 2923 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 6, maddə 661) 1-ci hissəsi ləğv edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 5 iyun 2017-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin