REGİONLAR
Azərbaycan Respublikasının fövqəladə hallar naziri Horadiz şəhərində vətəndaşları qəbul edəcək
Bakı, 28 yanvar, AZƏRTAC
Yanvarın 30-da saat 11.00-da Horadiz şəhərindəki Muğam Mərkəzinin inzibati binasında Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən vətəndaşların qəbulu keçiriləcəkdir.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbulda Füzuli, Ağcabədi, Beyləqan və Xocavənd rayonlarının sakinləri, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaqdır.
Qəbula gələn vətəndaşların qeydiyyatı Muğam Mərkəzinin inzibati binasında (ünvan: Füzuli rayonu, Horadiz şəhəri, Heydər Əliyev prospekti) yanvarın 29-da saat 09.00-da başlayacaqdır.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
Əlaqə telefonu: tel: +994 (12) 512-01-14
e-mail: [email protected]