Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikasının idman mütəxəssislərinə fəxri adların verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi”

Aliomarov Maqomed Aliomaroviç

Cəfərov Vaqif Məmmədəli oğlu

Həsənov Musa Süleyman oğlu

İsmayılov Çingiz Məmməd oğlu

“Əməkdar Müəllim”

Atakişiyev Akif Əli oğlu

Şahbazov Şəmsəddin İbrahim oğlu

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 dekabr 2014-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin