Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan Respublikasının milli inkişaf və təhlükəsizlik siyasətinə dair dəyərli elmi əsər

Azərbaycan Respublikasının milli inkişaf və təhlükəsizlik siyasətinə dair dəyərli elmi əsər

Bakı, 18 dekabr, AZƏRTAC

1993-cü ildən başlayaraq ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə özündə müstəqil dövlət maraqlarını və beynəlxalq dəyərləri, ümumi təhlükəsizlik normalarını və milli postulatları əks etdirən - şəxsiyyətin, cəmiyyətin, dövlətin təhlükəsizliyinin əsas vəzifələrini, istiqamətlərini və prioritetlərini ehtiva edən yeni milli inkişaf və təhlükəsizlik siyasəti formalaşdırıldı, sonrakı dövrdə müxtəlif inkişaf mərhələlərindən keçərək təkmilləşdirildi və həyata keçirilməyə başlandı.

Azərbaycanın milli inkişaf və təhlükəsizliyinin təmin olunmasında və bu sahə üzrə dövlət siyasətinin müəyyənləşməsində vahid milli ideyanın - azərbaycançılığın formalaşdırılması və rəsmi dövlət siyasəti səviyyəsinə qaldırılması mühüm əhəmiyyətə malik olub. Xüsusən dövlət müstəqilliyinin bərpası və möhkəmləndirilməsi, ölkədə milli mənəvi dəyərlərin qorunub saxlanılması və inkişafı, dünya azərbaycanlılarının müstəqil dövlətçilik amalı ətrafında birləşdirilməsi və s. sahələrdə bu ideya ötən müddət ərzində əvəzsiz rol oynayıb.

Son on il ərzində Azərbaycan xalqı və dövləti sürətli inkişaf dövrünü yaşayıb, problemlərin böyük hissəsi öz həllini tapıb, istənilən istiqamət üzrə konkret proqramlar icra edilib. Ötən illərdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafı, bütün sosial proqramların vaxtında yerinə yetirilməsinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş milli iqtisadi inkişaf modelinin möhkəm təməllər üzərində qurulmasının əyani göstəricisidir. Dünya iqtisadi sisteminə fəal inteqrasiya yolu seçən Azərbaycanın qazandığı nailiyyətləri şərtləndirən mühüm amillərdən biri olan enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin edilməsi, iqtisadiyyatın şaxələndirilməsi, bütün sahələrdə davamlı inkişaf strategiyası uğurla həyata keçirilməkdədir. Ölkənin qeyri-neft sektorunda müşahidə olunan dinamizmi də iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı həyata keçirilən siyasətin mühüm nəticəsi hesab etmək olar. Xüsusilə Azərbaycan zəngin enerji resurslarından daxil olan valyuta ehtiyatlarını səmərəli şəkildə sərf etməklə, iqtisadiyyatın bütün sektorlarının dinamik inkişafı üçün əlverişli baza yaratmağa nail olub və hazırda qeyri-neft sektoru valyuta gətirə biləcək strateji bölməyə çevrilib. 2003-2013-cü illər Azərbaycanda dinamik sosial-iqtisadi inkişaf, demokratik və müasir dövlət quruculuğu sahəsində mühüm mərhələ olub. Son illər ərzində Azərbaycan istər siyasi, istər iqtisadi sahələrdə böyük uğurlara imza atıb. Bu uğurlar bugünkü Azərbaycan reallıqlarını əks etdirir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai siyasi-məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun bu yaxınlarda rus dilində nəşr olunmuş “Azərbaycan Respublikasının milli inkişaf və təhlükəsizlik siyasəti” adlı elmi əsəri bu problemin tədqiq olunması sahəsində yeni bir istiqamət açaraq dövlət siyasətinin elmi əsaslarının sistemli şəkildə öyrənilməsinin təməlini qoyub.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının dosenti, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Qarabağ Araşdırmalar Mərkəzinin müdiri Elçin Əhmədovun elmi təhlilində Azərbaycan Respublikasının milli inkişaf və təhlükəsizlik siyasəti sistemli şəkildə araşdırılan və mühüm əhəmiyyət kəsb edən bu əsərin önəmindən bəhs olunur. AZƏRTAC həmin yazını təqdim edir. Professor Əli Həsənovun dərin təhlilə əsaslanan sanballı əsəri müstəqilliyimiz dövründə Azərbaycanın həm milli inkişaf, həm də təhlükəsizlik siyasətinin öyrənilməsi baxımından çox dəyərli bir tədqiqat işidir. Bu baxımdan əsər çox mühüm elmi-siyasi, eləcə də praktik əhəmiyyət kəsb edir.

Müəllif Azərbaycan milli inkişaf və təhlükəsizlik siyasətinin əsasları, məqsəd və vəzifələri, həyata keçirilmə mexanizmləri və istiqamətləri ilə bağlı geniş elmi təhlil aparır, ölkəmizin həyatının bütün sahələrində - iqtisadi, hərbi, sərhəd, nəqliyyat-tranzit, ərzaq, informasiya və s. həyata keçirilən təhlükəsizlik siyasətini kompleks şəkildə tədqiq edir, dövlətimizin milli, regional və beynəlxalq təhlükəsizlik sahəsində fəaliyyətini araşdırır.

Əsərdə müasir dövrdə qloballaşmanın, eləcə də regionda gedən transmilli geosiyasi proseslərin tələbləri və çağırışları fonunda ölkənin hərbi-geostrateji, siyasi, iqtisadi, enerji, de¬moq¬ra¬fik, ekoloji, informasiya və digər həyati əhəmiyyətli sahələrində müşahidə olunan proseslər araşdırılır, bütün bu sahələrdə yürüdülən təhlükəsizlik siyasətinin səviyyəsi, effektivliyi tədqiq olunur və qiymətləndirilir, gələcəkdə daha çevik təhlükəsizlik siyasəti yürüdülməsinin zəruriliyi əsaslandırılır.

Professor Əli Həsənov əsərində qeyd edir ki, 1993-2003-cü illər ölkəmiz üçün həlledici illər olub. Məhz həmin illərdə dövlətçiliyimizin möhkəm təməli qoyulub. Bu illərdə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətlə bağlı strateji xətti müəyyən edilib, ölkə dünya birliyinə inteqrasiya edib. Azərbaycan beynəlxalq təşkilatlara üzv olmaqla yanaşı, onların işlərində müntəzəm, fəal surətdə iştirak edib. Səmərəli əməkdaşlıq ölkəmizin problemlərini dünya ictimaiyyətinə çatdırmaq üçün mühüm əhəmiyyət daşıyıb. Həmin illərdə çox ciddi islahatlar aparılıb, bazar iqtisadiyyatı prinsipləri üstünlük təşkil edib, Azərbaycana böyük həcmdə investisiyaların cəlb olunması geniş vüsət alıb. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edilib, siyasi sistem möhkəmləndirilib və ölkəmizin uğurlu inkişafı üçün möhkəm zəmin yaradılıb. Bu illər ərzində görülmüş işlər hazırda ölkəmizin uğurlu inkişafını şərtləndirib, o dövrdə başlanmış layihələr bu gün çox uğurla davam etdirilir.

Müəllif əsərə Azərbaycanın milli inkişaf strategiyasının mahiyyətinin açılması, səciyyəvi cəhətlərinin, əsas vəzifələrinin, hədəflərinin təhlili ilə başlayır, milli inkişafın formalaşmasını və əsas mərhələlərini izah edir. Əsərdə Azərbaycanın milli maraqlarının meyarları təhlil edilərək bilavasitə milli təhlükəsizlik siyasəti ilə əlaqələndirilir, milli təhlükəsizlik siyasətinin əsas vəzifələri və mexanizmləri, hərbi və sərhəd təhlükəsizliyi, iqtisadi inkişaf, insan ehtiyatlarının idarə edilməsi və maliyyə təhlükəsizliyi siyasəti, enerji, ərzaq, nəqliyyat, tranzit-dəhliz və infrastruktur təhlükəsizliyi, informasiya və ekoloji təhlükəsizlik siyasətinin mahiyyəti elmi-nəzəri cəhətdən araşdırılır.

Bütün bu məsələləri özündə əks etdirən “Azərbaycanın milli inkişaf siyasəti, geosiyasi kodu və beynəlxalq təhlükəsizlik sahəsində xarici siyasət strategiyası” adlı fəsildə ölkəmizin milli strategiyasının və inkişaf siyasətinin əsas vəzifələri göstərilir. Eyni zamanda, Azərbaycanın milli inkişaf və təhlükəsizliklə bağlı xarici siyasətinin əsas prinsipləri, vəzifələri, prioritetləri, resursları və istiqamətləri göstərilir.

Bundan əlavə, əsərdə Azərbaycanın geosiyasi kodunun müəyyənləşdirilməsi, respublikamızın region dövlətləri və dünyanın aparıcı ölkələrinə münasibətdə siyasətinin əhəmiyyəti, geosiyasi əlaqələri ilə bağlı fəaliyyət proqramının hazırlanması üçün qarşıda duran vəzifələr araşdırılır. Ölkəmizin geosiyasi üstünlük əldə etməsində geosiyasi kodun və fəaliyyət kodunun yeri və rolu göstərilir.

Müəllifin sistemli olaraq milli təhlükəsizlik siyasətinin məqsədlərini, təhlükəsizlik mühitinin formalaşması və beynəlxalq imicin qazanılmasını, məkan əlamətləri, milli təhlükəsizliyə olan təhdidləri, daxili və xarici təhdidləri müəyyənləşdirməsi, milli təhlükəsizliyin təmin olunmasının əsas vasitələri və ehtiyatlarını təhlil etməsi və gəldiyi nəticələr uğurludur.

Bundan əlavə, müəllif əsərdə Cənubi Qafqazın geosiyasətinə diqqət yetirməklə yanaşı, transmilli dünya güclərinin və region dövlətlərinin Xəzər-Qara dəniz hövzəsindəki geoiqtisadi maraqlarını və transmilli siyasətini açıb göstərir. Əsər Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılması marşrutları və onun geosiyasi nəticələrinin öyrənilməsi baxımından da əhəmiyyətlidir. Monoqrafiyada dünya siyasətinin geoiqtisadi ölçüsü nəzərdən keçirilir, eləcə də Azərbaycanın neft diplomatiyası assimmetrik müzakirələrdə uğur strategiyası kimi qiymətləndirilir.

Əsərdə müasir beynəlxalq münasibətlər sisteminin xüsusiyyətləri ilə yanaşı, Azərbaycan Respublikasının müasir dünya siyasətində iştirakı məsələləri tədqiq edilir. Müəllif, eyni zamanda, beynəlxalq təhlükəsizlik sistemində, o cümlədən enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan Respublikasının yeri və rolunu araşdırır. Qeyd edilir ki, bu siyasətin nəticəsində Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələrin həyata keçirilməsi və təhlükəsizliyinin təmin edilməsi mümkün olub.

Professor Əli Həsənovun əsərində, eyni zamanda, beynəlxalq təhlükəsizlik sahəsində Azərbaycanın xarici siyasət strategiyası tədqiq edilir. Bununla yanaşı, əsərdə NATO və Avropa İttifaqının Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazda regional təhlükəsizlik siyasəti və Azərbaycanın hərbi-geostrateji maraqları araşdırılır. NATO-nun Cənubi Qafqazda qüvvələr balansında yeni keyfiyyət dəyişikliyi yaratması, eləcə də bu təşkilatın Cənubi Qafqazda siyasəti və onun region ölkələri ilə münasibətləri geniş təhlil edilir.

Avratlantik məkana inteqrasiyanın əhəmiyyətinin öyrənilməsi baxımından dəyərli olan bu əsərdə Avropa təhlükəsizlik sisteminin etibarlı tərəfdaşı kimi ölkəmizin qitənin enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rolu diqqətə çatdırılır. Əsərdə beynəlxalq münasibətlərin əsas güc mərkəzləri, o cümlədən beynəlxalq və regional təşkilatların müasir dünya siyasətində yeri və rolu təhlil edilir. Eyni zamanda, Azərbaycan Respublikasının xarici siyasət strategiyası tədqiq edilərək, ölkəmizin milli maraqları və xarici siyasətinin əsas istiqamətlərindən biri olan beynəlxalq təşkilatlarla əməkdaşlığı araşdırılır.

Müəllif qeyd edir ki, müasir dövrdə Xəzər-Qara dəniz hövzəsi, xüsusən də Cənubi Qafqaz yer kürəsinin ən qeyri-sabit, münaqişəli, lakin, eyni zamanda, ən mühüm beynəlxalq əhəmiyyətli geosiyasi məkanı hesab olunmaqla yanaşı, burada dünya ölkələrinin geosiyasi, geoiqtisadi və hərbi geostrateji maraqları, müxtəlif sivilizasiyalar, dini konfessiyalar, mədəniyyətlər və etnik mənafelər uzlaşır, üz-üzə gəlir və toqquşur.

Bununla yanaşı, əsərdə Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın təhlükəsizlik mühiti öyrənilir, Azərbaycanın beynəlxalq və regional maraqları geniş təhlil edilir. Dünya siyasətinin müəyyənləşdirilməsində mühüm rol oynayan Rusiya və ABŞ-ın regional təhlükəsizliyə təsiri və Cənubi Qafqazda yürütdükləri siyasət, eləcə də Azərbaycanın hərbi geostrateji maraqları ayrıca araşdırılır.

Monoqrafiyada regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsi istiqamətində Azərbaycanın apardığı regional təhlükəsizlik siyasəti, eləcə də Türkiyə, İranın ayrı-ayrılıqda regiona yanaşması məsələləri tədqiq olunur. Eyni zamanda, Cənubi Qafqazda hərbi- geostrateji bloklaşma meyilləri təhlil edilir və bununla bağlı proqnozlar irəli sürülür.

Əsərdə Rusiyanın regional təhlükəsizlik siyasəti və Azərbaycanın təhlükəsizlik maraqları, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Azərbaycanın hərbi-geostrateji maraqları, ABŞ, NATO və Avropa İttifaqının Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazda regional təhlükəsizlik siyasəti və Azərbaycanın hərbi-geostrateji maraqları, Rusiyanın ABŞ, NATO və Avropa İttifaqı ilə münasibətlərinin Cənubi Qafqazın və Azərbaycanın geosiyasi mövqelərinə və regional təhlükəsizliyə təsiri, Türkiyə və İranın region siyasətinin mahiyyəti və onun Azərbaycanın təhlükəsizlik maraqlarına təsiri, Azərbaycanın regional təhlükəsizlik siyasəti məharətlə araşdırılır.

Bundan əlavə, elmi əsərdə ümumiləşmələr əsasında qeyd edilir ki, region ölkələrinin öz aralarında mövcud olan bir çox geosiyasi, geoiqtisadi və hərbi-geostrateji ziddiyyətlər də daxil olmaqla, transmilli dünyanı neçə illərdir təhdid edən münaqişələr, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Gürcüstandakı Abxaziya və Cənubi Osetiya problemləri, Rusiyanın Şimali Qafqaz əyalətlərindəki silahlı qarşıdurmalar, Moldovanın Dnestryanı bölgəsindəki separatçılıq hərəkatı və s. regiondakı vəziyyəti gərginləşdirməkdə davam edir. Əsərdə beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan münaqişəsinə dair mövqeyinə diqqət yetirilir, bu istiqamətdə Azərbaycanın diplomatik fəaliyyəti öyrənilir.

Cənubi Qafqazın hərbi-siyasi problemləri və Azərbaycanın təhlükəsizlik siyasəti geniş təhlil edilir, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regionun əsas təhlükəsizlik predmeti kimi göstərilir. Müəllif haqlı olaraq qeyd edir ki, ölkəmizin əsas təhlükəsizlik problemi Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan ərazisinin bir hissəsinin işğalı və bu işğalın ağır sosial-iqtisadi nəticələridir.

Monoqrafiyada Ermənistanın Azərbaycana qarşı təcavüzünün araşdırılmasına Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri təhlil edilməklə başlanılır. XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və sovet rəhbərliyinin ermənipərəst Qafqaz siyasəti, Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı və münaqişənin BMT Təhlükəsizlik Şurasında müzakirəsi, ATƏT-in Minsk qrupunun yaradılması və fəaliyyəti, digər beynəlxalq təşkilatların münaqişəyə dair mövqeləri və qəbul etdikləri sənədlər, Azərbaycanın diplomatik fəaliyyəti də geniş təhlil edilir.

Beynəlxalq münasibətlər sahəsində çoxsaylı əsərləri olan professor Əli Həsənovun Azərbaycanda, eləcə də onun hüdudlarından kənarda nəşr edilmiş elmi-siyasi əsərləri sırasında dərin təhlilə əsaslanan və müasir dövrdə böyük aktuallıq kəsb edən “Azərbaycan Respublikasının milli inkişaf və təhlükəsizlik siyasəti” adlı əsəri bu problemin öyrənilməsi üçün mühüm əhəmiyyət kəsb etməklə yanaşı, alimin elmi-nəzəri və sistemli ümumiləşdirilmələri baxımından da Azərbaycan siyasi elminin böyük nailiyyətidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Misir Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb

“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu

Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb

IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir

Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar

Otuz ölkəni təmsil edən xarici ekspertlərin iştirakı ilə Laçında konfrans işə başlayıb

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu çərçivəsində gənclərlə görüş keçirilib

® Mərkəzi Gömrük Hospitalında “Son mərhələ qaraciyər xəstəliyi və viral hepatitlər" mövzusunda elmi konfrans keçirilib

AQTA bazar rəhbərlərinə xəbərdarlıq edib

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş

“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq

Regional sabitliyə əsaslanmış Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası başlayıb YENİLƏNƏCƏK

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub YENİLƏNİB

“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir

Cənubi Koreyanın dörd avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır

Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz

Ankarada Türk dövlətlərinin kosmik texnologiyalar sahəsində əməkdaşlığı müzakirə edilir

Türkiyənin Kahramanmaraş Sütcü İmam Universitetinin nümayəndə heyəti UNEC-də olub

Mirhəsən Həsənov: Metsamor Atom Elektrik Stansiyası region dövlətləri üçün böyük təhlükə mənbəyidir

BANM-də beynəlxalq elmi konfransların açılışı olub

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilir

“Könüllülərə yol açırıq” - satış sərgisi

Artan dövlət borcu yükü Afrikanı yol ayrıcında qoyur - UNECA

Famil Ağayev: Bəlkə də mövsüm ərzində "Azərreyl"ə qalib gəlməyimiz bizi arxayınlaşdırdı

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq ŞƏRH

Azərbaycanda vergiödəyicilərinin sayı 7 faizdən çox artıb

Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək

Moskva məhkəməsi Rusiya müdafiə nazirinin müavinini həbs edib

Başqırdıstan istehsal etmədiyi məhsulları Azərbaycandan idxal etmək istəyir

Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edib

Aprelin 25-də hava əsasən yağmursuz keçəcək

Beynəlxalq təşkilat Fransanı nümayiş hüququnu məhdudlaşdırmaqda günahlandırır

Yaponiya arxeoloqları Romada imperator Avqustun sarayını aşkar ediblər

Ekoloji təhlükəsizliyin milli və beynəlxalq hüquqi təminatı - elmi-praktik konfrans

Danimarkada Makedoniyalı İsgəndərin təsviri olan qədim bəzək əşyası aşkarlanıb

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub

Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub

İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb

Aprelin 24-dən 30-dək Ümumdünya İmmunlaşdırma Həftəsi keçirilir

Avropa Parlamenti Balkanlarda ofis açmağı planlaşdırır

Milli Kitabxana “Qədim diyarın bir əsrlik yolu” adlı virtual sərgi hazırlayıb

İşğaldan azad edilən ərazilərimizdə ilk dəfə peşə yarmarkası keçiriləcək

Faktiki hava: Ötən gün Aran rayonlarında 31 dərəcə isti qeydə alınıb

“Azərbaycanın müasir müdafiə sənayesi” - BMU-da tələbələrlə görüş

Beynəlxalq forumun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb VİDEO

Filippində istidən altı nəfər ölüb

Birinci sinfə elektron qeydiyyatla bağlı görüş keçirilib

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib

ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi keçirilib

KOBİA sədri: Başqırdıstan iş adamlarına tenderlərdə iştirak etməsi üçün imkan yarada bilərik

“Azərreyl”in amerikalı voleybolçusu: Çempionluğa layiq idik

“AzerGold”da keniyalı iş adamları ilə görüş keçirilib

Qazaxıstanda daşqınlar səbəbindən 8,5 min insan təxliyə məntəqələrində qalır

Azərbaycan Çernobıl Əlilləri İttifaqının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Havaya normadan artıq tullantı atan restoranların səlahiyyətli nümayəndələri barədə akt və protokol tərtib olunub

Fukuşima AES-dən suyun okeana axıdılması dayandırılıb

BMT-nin Baş katibi: Bəşəriyyət iqlim dəyişikliyi ilə mübarizədə daha sıx birləşməlidir

Azərbaycan-Qırğızıstan münasibətləri Türk dünyasının birliyinə mühüm töhfələr verir

AMEA-da yeni şöbələr yaradılıb

Azərbaycan Kuboku: Bu gün finalçılar məlum olacaq

Dövlət Yol Polis əməkdaşları vətəndaşları yol hərəkəti qaydaları haqqında məlumatlandırıb

Azərbaycanda COVID-19 və qripə qarşı vaksinasiyanın səmərəliliyinin dəyərləndirilməsi üzrə aparılan tədqiqat yekunlaşıb

“Sumqayıt” klubunun baş məşqçisi “Barselona”nın düşərgəsinə yollanıb

Dünya birjalarında neft bahalaşıb

İlkin səhiyyə xidməti təkmilləşdirilir

Aprelin 23-də 19,2 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

DİN: Ötən gün Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

“Deloitte” Azərbaycanda fəaliyyətini genişləndirir

Yevgeni Mixaylov: Cənubi Qafqazın təhlükəsizliyi Azərbaycanın və Rusiyanın diqqət mərkəzindədir – ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Azərbaycan nefti bahalaşıb

Bakıda Qırğız kino günlərinin açılışı olub

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Çin “Şencou-18” kosmik missiyasını orbitə göndərməyə hazırlaşır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Çində Rusiya ilə bağlı mövzuları da müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub VİDEO

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur