SİYASƏT
Azərbaycan-Rumıniya əlaqələri strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir
Buxarest, 15 sentyabr (AZƏRTAC). Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rumıniyaya rəsmi səfəri çərçivəsində sentyabrın 15-də bu ölkənin Prezidenti Trayan Besesku ilə görüşüb.
Görüşdə Elmar Məmmədyarov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Rumıniya Prezidentinə çatdırıb.
Rumıniya dövlətinin başçısı Trayan Besesku təşəkkürünü bildirərək, onun da ən səmimi salamlarının və xoş arzularının Azərbaycan Prezidenti İlham Əliyevə çatdırılmasını xahiş edib.
Görüşdə iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində inkişafından məmnunluq ifadə olunub, enerji, iqtisadiyyat, sərmayələrin yatırılması və mədəniyyət sahələrində əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların olduğu qeyd edilib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest