İQTİSADİYYAT


Azərbaycan-Rusiya İşgüzar Şurasının ilk iclası keçirilib

A+ A

Bakı, 30 sentyabr, AZƏRTAC

Sentyabrın 30-da Bakıda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Rusiya İşgüzar Şurasının ilk iclası keçirilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda kənd təsərrüfatı və qida sənayesi, tikinti, maliyyə və iqtisadiyyatın digər sahələrində fəaliyyət göstərən 50-yə yaxın aparıcı şirkətlərin nümayəndələri iştirak edib.

İqtisadiyyat nazirinin müavini Sahil Babayev Azərbaycan və Rusiya arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla davam etdiyini diqqətə çatdırıb. Azərbaycan-Rusiya İşgüzar Şurasının əhəmiyyətindən danışan nazir müavini İşgüzar Şuranın iş adamları arasında əlaqələrin genişləndirilməsində rolunu vurğulayıb, şuranın qarşıda duran vəzifələrin öhdəsindən uğurla gələcəyinə əminliyini bildirib, Azərbaycan şirkətlərini şuranın imkanlarından yararlanmaqla rusiyalı həmkarları ilə əməkdaşlığı genişləndirməyə çağırıb.

Azərbaycan-Rusiya İşgüzar Şurasının sədri İsgəndər Xəlilov şuranın əsas fəaliyyət istiqamətlərini diqqətə çatdırıb, iki ölkə arasında investisiya fəallığının artırılması, əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi baxımından şura qarşısında duran vəzifələrdən danışıb, sahibkarları Azərbaycan-Rusiya İşgüzar Şurası ilə fəal əməkdaşlığa dəvət edib.

AZPROMO-nun vitse-prezidenti Yusif Abdullayev, "Atəşgah Həyat Sığorta" şirkətinin Direktorlar Şurasının sədri İntiqam Hüseynov biznes dairələri arasında əlaqələrin inkişafı məqsədilə həyata keçirilən tədbirlər barədə məlumat veriblər.

Tədbirdə iş adamları arasında müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.