CƏMİYYƏT


Azərbaycan-Rusiya: anatom-alimlərin əməkdaşlığı genişlənir

Bakı, 20 iyun, AZƏRTAC

Azərbaycan Tibb Universitetinin anatom-alimləri ilə N. N. Burdenko adına Voronej Dövlət Tibb Universitetindən olan həmkarları arasında əlaqələr möhkəmlənir. AZƏRTAC-a bu barədə universitetin mətbuat xidmətindən xəbər veriblər.

Bu günlərdə Azərbaycan Tibb Universitetinin insan anatomiyası kafedrasının müdiri, tibb elmləri doktoru, professor Vaqif Şadlinski və kafedranın professoru, tibb elmləri doktoru Balakişi Hüseynov Rusiya Federasiyasının Voronej şəhərində keçirilən “İnsan anatomiyası fənninin tədrisinin aktual problemləri” mövzusunda elmi konfransda, həmçinin “Beynəlxalq Anatom, Histoloq və Embrioloqlar Elmi-Tibbi Cəmiyyəti”nin rəyasət və idarə heyətlərinin genişləndirilmiş plenum iclaslarında çıxış ediblər.

Həmin gün Voronej Dövlət Tibb Universitetinin insanın normal anatomiyası kafedrasının müdiri, professor N. Alekseyeva Bakıdan gəlmiş həmkarı ATU-nun İnsan anatomiyası kafedrasının müdiri professor V.Şadlinskinin həmmüəllifliyi ilə Voronejdə nəfis şəkildə çap olunan “Həzm və tənəffüs sistemi orqanlarının divarlarının çoxhüceyrəli vəziləri (Morfologiyanın funksional məsələləri)” adlı monoqrafiyanı professor V. Şadlinskiyə təqdim edib.

Sonra hər iki alim çıxış edərək Azərbaycan Tibb Universitetinin və Rusiya Federasiyasının Voronej şəhərindəki ali tibb təhsili müəssisəsinin İnsan anatomiyası kafedraları arasındakı beynəlxalq əlaqələrin bundan sonra da davam etdirilməsini arzu ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.