İQTİSADİYYAT
Azərbaycan-Rusiya biznes forumunda 60-dan çox iş adamı iştirak edəcəkdir
Bakı, 12 iyul (AZƏRTAC). İyulun 15-də Bakı Biznes Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə Azərbaycan-Rusiya biznes forumu keçiriləcəkdir.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, kimya sənayesi avadanlığı, elektroenergetika, sənaye, İKT və digər sahələrdə fəaliyyət göstərən 60-dan çox iş adamının iştirakı nəzərdə tutulur.
Biznes forum çərçivəsində Azərbaycan və Rusiya Federasiyasının Tomsk vilayətinin iqtisadiyyatına, biznes və investisiya imkanlarına dair təqdimatlar olacaq, iş adamları arasında ikitərəfli görüşlər təşkil ediləcək, şirkətlər arasında əməkdaşlığa dair sənədlər imzalanacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2020 [17:52]
“Made in Uzbekistan Online” biznes forumunun açılışı olub
- 08.07.2019 [17:47]
Azərbaycan sahibkar və menecerləri Almaniyada ixtisasartırma kursunda olub
- 01.07.2019 [18:41]
Bakıda Azərbaycan-Hindistan biznes forumu keçirilib
- 25.06.2019 [11:46]
Bakıda Azərbaycan-Monteneqro biznes forumu keçirilib YENİLƏNİB
- 20.06.2019 [15:07]