İQTİSADİYYAT


Azərbaycan-Rusiya gömrük əməkdaşlığının inkişaf dinamikası müzakirə olunub

A+ A

Bakı, 4 iyul, AZƏRTAC

İyulun 4-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevlə Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin arasında keçirilən görüşdə Azərbaycan Rusiya gömrük əməkdaşlığının inkişaf dinamikası ətraflı müzakirə edilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə iki ölkənin gömrük orqanlarının qarşılıqlı əlaqələrindən söhbət açılıb, beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan-Rusiya əməkdaşlığının gələcək perspektivləri müzakirə olunub.

Eyni zamanda, ötən il tərəflər arasında imzalanan, Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac edilən bəzi kənd təsərrüfatı mallarının gömrük sərhədindən keçirilməsinin sürətləndirilməsinə şərait yaradan “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Rusiya Federasiyası Federal Gömrük Xidməti arasında müəyyən növ mallara münasibətdə gömrük nəzarətinin nəticələrinin qarşılıqlı tanınması haqqında Protokol”a uyğun olaraq şimal sərhədində bu növ malların qonşu ölkəyə keçirilməsində “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiq olunduğu məmnunluqla xatırlanıb, bu istiqamətdə gələcəkdə hər hansı problemlərin yaşanmaması ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.