Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan-Rusiya: strateji münasibətlərin inkişafı üçün yeni impuls

Azərbaycan-Rusiya: strateji münasibətlərin inkişafı üçün yeni impuls

Bakı, 22 iyul, AZƏRTAC

İyulun 21-də axşam Soçidə Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevin və Vladimir Putinin görüşü olub.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri, habelə regional və beynəlxalq məsələlər müzakirə edilib.

Görüş əvvəlcədən elan edilməmişdi və bu da ona regionda və dünyada marağı artırıb. Bununla belə təxmin etmək olar ki, iki dövlətin başçılarında son vaxtlar çoxlu suallar yaranıb ki, onları üzbəüz müzakirə etmək, bir-birinin fikrini öyrənmək lazım idi.

Görüş faktının özü iki ölkə və onun liderləri arasında münasibətlərin xarakterini – etimadlılığı, bir-birinin mövqeyinə hörməti bir daha təsdiqləyib. Görüşün daha bir səciyyəvi cəhəti mühüm beynəlxalq və regional problemlər, ikitərəfli münasibətlər məsələləri üzrə mövqelərin dəqiqləşdirilməsidir ki, bunu Soçi görüşünün əvvəlində dövlət başçılarının bəyanatları da təsdiqlədi. Tərəflər nümayiş etdirdilər ki, onların həm iki ölkə arasında gələcək münasibətlərin qurulması planında, həm də regionda yaranmış vəziyyət kontekstində müzakirə edilməli mövzuları var. “Sizinlə həm bizim ikitərəfli münasibətlərimiz, həm də regionda yaranan vəziyyət barədə danışmaq imkanından məmnunam”, - Prezident Vladimir Putin azərbaycanlı həmkarına müraciətlə deyib. O, görüşün bütün mürəkkəb problemlərin həlli yollarının axtarışına kömək edəcəyinə ümidvar olduğunu bildirib. Rusiya Prezidenti xüsusi vurğulayıb: “Əlbəttə, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli əlaqələrin necə inkişaf etməsindən də danışacağıq”. O qeyd edib ki, iki ölkə arasında gələcək üçün çoxlu birgə planlar var və Azərbaycan Prezidenti ilə görüşmək və bu istiqamətlərdə danışmaq imkanından məmnundur.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlər çox uğurla inkişaf edir. Azərbaycan dövlətinin başçısı qeyd edib ki, “biz münasibətlərimizin yüksək səviyyəsindən məmnunuq. Siyasi, ticari-iqtisadi, humanitar sahələrdə fəal əməkdaşlıq edirik. Nəqliyyat və energetika sahələrində yaxşı perspektivlər var”. Prezident İlham Əliyev ikitərəfli münasibətləri çoxplanlı və həyatın bütün sahələrini praktiki olaraq əhatə edən münasibətlər kimi səciyyələndirib: “Əlbəttə ki, vacib məsələlər - regional, dünya siyasəti, ikitərəfli münasibətlər və bizim regionda təhlükəsizliyin möhkəmləndirilməsi məsələləri üzrə vaxtaşırı məsləhətləşmələrə ehtiyac var”.

Azərbaycan və Rusiya prezidentlərinin görüşü bir daha nümayiş etdirdi ki, iki ölkəni öz səviyyəsinə görə hər hansı formal müttəfiqlik münasibətlərindən xeyli üstün olan və konkret məzmun kəsb edən strateji tərəfdaşlıq əlaqələri bağlayır. Yalnız strateji tərəfdarlar bütün mürəkkəb məsələləri və problemləri açıq müzakirə edib, onların həlli yollarını birlikdə axtara, beynəlxalq problemlərin aktual aspektlərinə dair məsləhətləşmələr apara bilərlər. Görüş Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putin arasında şəxsi dostluq və səmimi münasibətlərin həm də beynəlxalq münasibətlərin tonallığını və inkişaf perspektivlərini müəyyən etdiyini bir daha vurğulayıb.

Bundan əlavə, bu görüş Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlığın inkişafından narahat olan, onlara ziyan vurmağa cəhd edən bəzi regional qüvvələrə tutarlı cavab olub. Görüş göstərib ki, bu qüvvələrin səyləri əbəsdir və öz hədəfinə yetişməyəcək. Bu, ikitərəfli münasibətlərin xarakteri, dərinliyi və inkişaf perspektivləri, dövlət başçıları arasında qarşılıqlı etimad və dostluq ilə şərtlənir. Görüş nümayiş etdirib ki, Rusiya-Azərbaycan əlaqələri sağlam təməl üzərində qurulub, hər iki tərəf əlaqələri daha da möhkəmləndirməyə və dərinləşdirməyə səy göstərir və onlar ortaya çıxan bütün məsələləri konstruktiv və xeyirxah məcrada həll etmək üçün yetərli siyasi iradəyə malikdirlər. Soçi görüşü Prezident İlham Əliyevin və Prezident Vladimir Putinin ikitərəfli əlaqələrin daha da dərinləşməsinə və genişlənməsinə böyük əhəmiyyət verdiklərini göstərib.

Rəsmi informasiyadan göründüyü kimi, iki dövlət başçısının danışıqlarında başlıca mövzulardan biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi olub. Bu da təbiidir. Danışıqlar prosesini pozmağa və təhlükəli status-kvonu saxlamağa çalışan Ermənistanın daimi provokasiyaları səbəbindən münaqişə zonasında vəziyyət gərgin olaraq qalır. Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə vasitəçilik səylərində mühüm rol oynayır və həll yollarını tapmağa ən çox maraq göstərən tərəflərdən biridir, çünki söhbət onun sərhədlərinin bilavasitə yaxınlığında təhlükəsizlikdən gedir. İyulun əvvəlində münaqişə zonasında müşahidə olunan və iki azərbaycanlı dinc vətəndaşın həlak olması ilə nəticələnən yeni gərginlikdən sonra Rusiya liderinin yaranmış vəziyyəti məhz birinci olaraq Azərbaycan Prezidenti ilə müzakirə etməsi də çox mətləbdən xəbər verir.

RF Prezidentinin iki ölkənin gələcək üçün çoxlu planları olması barədə bəyanatını siyasi, iqtisadi və humanitar sahələrdə yeni layihə və təşəbbüslərin anonsu kimi qiymətləndirmək olar. Bu isə bütün sahələrdə ikitərəfli münasibətlərin gələcək inkişafına yeni impuls verəcək. Hər iki dövlətin başçısı buna əmin olduqlarını bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib

Aİ Şurası Ukraynaya yeni yardım fondunu təsdiqləyib

Folklorşünas alim: Torpaq çərşənbəsi insanın təbiətlə həmrəy olması bayramıdır

Türkiyədə fəlakət zonasındakı sakinlər hər ay 15 min evlə təmin ediləcək

DİN: Martın 19-da ölkə üzrə 40 cinayətin açılması təmin olunub

Ölkənin əksər bölgələrinə yağış, dağlıq rayonlara qar yağıb

Dünya birjalarında neft ucuzlaşıb

Zabrat qəsəbəsindəki marketdə baş verən yanğın söndürülüb

Naxçıvanın kəndlərinin içməli su təminatı yaxşılaşdırılır

MDU-da tərəfdaş universitetlərlə birlikdə Çanaqqala Zəfərinin ildönümü qeyd edilib

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib

® GL 2023-cü ildə neft hasilatı artımına nail olub

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur SİYAHI

Mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edilib

Ukraynanın Krivoy-Roq şəhərində Novruz bayramı ilə bağlı konsert təşkil edilib

Saatlıda narkokuryerlik edən şəxs saxlanılıb

Hüquq müdafiəçisi: Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır

Türkiyə tədqiqatçıları stressin beyində “zamanın qavranılmasını” pozduğunu müəyyənləşdiriblər

Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb

Avstraliya məhkəməsi “Uber”i böyük məbləğdə təzminat ödəməyə məcbur edib

Yanlış ayaqqabı uşağın sağlamlığına zərər verə bilər - Mütəxəssis rəyi

Anaklia limanının dəniz infrastrukturunun tikintisi üçün beynəlxalq tender elan edilib

Süni intellekt və lazer əsaslı sensorla mədədəki xəstəliklər müəyyən ediləcək

Braziliyada hiss edilən temperatur 62 dərəcə Selsini keçib

Yaponiyada yaşlı insanlar əməyə cəlb edilir

İraq neft ixracını azaldacaq

Ümumdünya Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Qırmızı qəsəbəyə səfər edib

Budapeştdə biznes forumda Azərbaycandakı investisiya imkanlarından danışılıb

Gürcüstanın Təhsil və Elm Nazirliyinin Marneuli İctimai Kollecində təntənəli Novruz şənliyi keçirilib

Azərbaycanın Qırğızıstandakı səfirliyində Novruz bayramı qeyd edilib

Bu gün Torpaq çərşənbəsidir

Şabranda minik avtomobilləri toqquşub, yaralananlar var

“Robotexnika Klubu”nun üzvləri Türkiyədə keçiriləcək “Texnofest”ə layihə təqdim ediblər

Kəngərli rayonunun yaradılmasının 20 illiyi qeyd olunub

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Dövlət Komitəsində Yaponiyada yaşayan azərbaycanlı pianoçu ilə görüş olub

Amur vilayətindəki filiz mədənində qəza baş verib, dağıntılar altında qalanlar var

Media əməkdaşları arasında atıcılıq yarışının qalibləri bəlli olub

Türkiyə Prezidenti: Bu yay İraq sərhədimizin təhlükəsizliyini tam təmin edəcəyik

Naxçıvan ŞİH: Möminə Xatun türbəsinin ətrafındakı tikili ilə bağlı yayılanlar həqiqəti əks etdirmir

Azərbaycanın güləş millisi “Çempionlar” turnirini 10 medalla başa vurub

YAP Səbail rayon təşkilatında Novruz bayramı qeyd edilib

Nigeriyada daha yüz adam oğurlanıb

Azərbaycan-İraq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Bakı Ali Neft Məktəbində “Huawei” şirkətinin laboratoriyası fəaliyyətə başlayıb

Nazirlik: Hərbi hissələrdə bayram tədbirləri qapalı şəraitdə keçirilir

Azərbaycan atıcıları Almaniyada qızıl medal qazanıblar

Bakı Dövlət Universitetində Novruz şənliyi

Yens Stoltenberq: NATO ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparırıq VİDEO

Beynəlxalq mətbuat Azərbaycan Prezidentinin NATO-nun Baş katibi ilə görüşündən yazır

“Ailəm könüllüləri” proqramının könüllüləri mükafatlandırılıb

Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus BAMF-da olub

Azərbaycan icması Böyük Britaniya Parlamentinə etiraz məktubu göndərib

Müdafiə naziri Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Unudulmaz bəstəkar Şəfiqə Axundovanın 100 illik yubileyi qeyd olunub

Hikmət Hacıyev: Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var VİDEO

Xüsusi təyinatlı təhsil müəssisələrində Çanaqqala zəfərinin 109-cu ildönümü qeyd edilib VİDEO

Ağdamda Bahar bayramı şənliyi keçirilib

Bakının Dəmir yolu vağzalında keçirilən oftalmoloji aksiya zamanı 120 nəfər müayinə olunub 

Monitorinq Mərkəzi Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirib

M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsəri İstanbulda səhnələşdiriləcək

Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanına qeydiyyat elan edilib

Azərbaycan səfiri Çanaqqala Zəfərinin 109-cu ildönümü münasibətilə təşkil olunan tədbirdə iştirak edib

İsveçrənin ölkəmizdəki səfiri ilə COP29 ətrafında fikir mübadiləsi aparılıb

Avropa dövlətləri Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin dəmir yolu hissəsinin işə salınmasında maraqlıdırlar

Milli Kitabxanada “Tale şairi: Məmməd İsmayıl” adlı kitabın təqdimat mərasimi olub

® “Beyin ölümü diaqnozunun təyininə multidisiplinar yanaşma” mövzusunda seminar keçiriləcək

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 dekabr tarixli 503 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Xocavəndlilər baharın gəlişini yüksək əhvali-ruhiyyə ilə qeyd edirlər

“Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin işçilərinin say həddinin təsdiq edilməsi və əməkhaqqı fondunun müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 309 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

QAÇQINKOM-un sədri Siyəzəndə vətəndaşların müraciətlərini dinləyib

Bakı Kitab Mərkəzi xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənliyi təşkil edib

“İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 oktyabr tarixli 387 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

“Müntəzəm beynəlxalq, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarının yerinə yetirilməsi ilə bağlı sifarişçinin keçirdiyi müsabiqədə iştiraka görə ödənişin məbləği”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 avqust tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Beynəlxalq müsabiqədə qalib gələn tələbələrə diplomlar təqdim edilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 256 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

UNEC kollektivi bu il də Novruz bayramını ahıl sakinlərlə qeyd etdi

Hakim partiyaların fəal dialoqu Azərbaycan-Çin münasibətlərinin inkişafına böyük töhfələr verir

“Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsinin icrasına başlanılıb

Azərbaycanda “Elektron kommunikasiya haqqında” qanun layihəsi hazırlanır

Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olunub

MEK Özbəkistanda türkdilli xalqlara həsr edilmiş beynəlxalq konfransda təmsil olunub

“Həvəsləndirmə və Biznes mükafatları” müsabiqəsi barədə məlumatlandırma görüşü keçirilib

Şəhid övladı Novruz tonqalını alovlandırdı

COP29 və elmi-texniki tərəqqi

Özbəkistan istehsal etdiyi yaşıl enerjini Azərbaycan üzərindən ixrac edəcək

Abşeronda Çanaqqala Zəfərinin 109–cu ildönümü qeyd olunub

Yens Stoltenberqin Bakı səfəri NATO-Azərbaycan münasibətlərinə töhfə verəcək – AÇIQLAMA

Qubada qaçış marafonunun qalibləri mükafatlandırılıb

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası COP29-a dəstək xarakterli təmizlik aksiyası keçirib

ANAMA: Ötən həftə 202 partlamamış hərbi sursat zərərsizləşdirilib

“İnformasiya müharibəsində qələbə-Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev” adlı kitabın təqdimatı olub VİDEO

Mirzə Uluqbəy adına Füzuli şəhər tam orta məktəbdə Novruz şənliyi

Gəncədə görmə əlilliyi olan 18 yaşına çatmayan uşaqlar üçün Novruz şənliyi keçirilib

“Sumqayıt”ın legioneri: Mövsümü ikinci yerdə bitirə bilərik

Bakı hava limanı ərazisi Novruz dekorları ilə bəzədilib