SİYASƏT


Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi gözlənilir

Moskva, 19 aprel, AZƏRTAC 

Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi ehtimalı var. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə bildirib.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi barədə suala cavab verən M.Zaxarova belə bir ehtimalın olduğunu və bu barədə dəqiq informasiya olan kimi məlumat verəcəyini bildirib.

M.Zaxarova, həmçinin qeyd edib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ATƏT-in baş katibi Lamberto Zanyerlə aprelin 26-da keçiriləcək görüşündə Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr aparılacaq.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.