SİYASƏT


Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşü “Şimal-Cənub” dəhlizinin inkişafı üçün geniş perspektivlər vəd edir

A+ A

Bakı, 11 avqust, Əsəd Məmmədov, AZƏRTAC

Azərbaycan, Rusiya və İran prezidentlərinin Bakıda keçirilən görüşü və aparılan danışıqlar həm ikitərəfli, həm regional, həm də beynəlxalq məsələlərin həlli baxımından böyük əhəmiyyət kəsb edir. Mən bu görüşün “Şimal-Cənub” dəhlizinin inkişafı üçün geniş perspektivlər vəd etdiyini xüsusi vurğulamaq istərdim. Eyni zamanda, bir daha şahid olduq ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti həm ərazicə, həm də əhalisinin sayına görə özündən dəfələrlə böyük olan ölkələri bir araya gətirən, əməkdaşlığa cəlb edən bir gücə çevrilməkdədir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, AMEA Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlı deyib.

“Bu görüş həm dövlətimizin dünya siyasətində rolunun artdığının və mövqelərinin möhkəmləndiyinin, həm də dövlətimizin başçısının beynəlxalq şəxsi nüfuzunun göstəricisidir. Nəzərdə tutulan layihələrin həyata keçirilməsi regionun geosiyasətində və geoiqtisadiyyatında müsbət dəyişikliklərə səbəb olacaq, Azərbaycanı “Şimal-Cənub” dəhlizi üzrə birləşdirici həlqə və ya şəbəkə ölkəsinə çevirəcək, Fars körfəzinə, oradan da Hind okeanına çıxmağa imkan yaradacaq. Nəqliyyat-kommunikasiya sistemi yenilənəcək, tranzit yük və sərnişin daşımalarından ölkəmizin büdcəsinə əlavə vəsaitlər daxil olacaq. Həmin vəsaitlər Azərbaycan vətəndaşının rifah halının daha da yaxşılaşdırılmasına yönəldiləcək, dövlətimizin regiondakı mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirəcək”, - deyə deputat qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.