İQTİSADİYYAT


Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli sammiti ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına müsbət töhfəsini verəcək

A+ A

Bakı, 8 avqust, AZƏRTAC

Avqustun 8-də iqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Aleksey Ulyukayevlə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan-Rusiya əlaqələrinin yüksək səviyyədə olduğu və strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi diqqətə çatdırılıb. Əməkdaşlığın genişləndirilməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin, aparılan danışıqların mühüm əhəmiyyəti vurğulanıb.

Qeyd edilib ki, Azərbaycan, Rusiya və İran prezidentlərinin bu gün Bakıda keçiriləcək üçtərəfli sammiti də ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına öz müsbət töhfəsini verəcək.

Görüşdə Azərbaycan və Rusiya arasında iqtisadiyyatın müxtəlif sahələrində mövcud əlaqələrə və əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.