İQTİSADİYYAT


Azərbaycan Rusiya və Qırğızıstanla gömrük sahəsinə aid sənədlər imzalayıb

Bakı, 14 iyun, Elvin Camalov, AZƏRTAC

Bakıda keçirilən Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 65-ci iclası çərçivəsində “Azərbaycan Respublikası – Rusiya Federasiyası arasında keçirilən mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkilinə dair Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Federal Gömrük Xidməti (Rusiya Federasiya) arasında Protokol”, “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qırğızıstan Respublikası Hökuməti yanında Dövlət Gömrük Xidməti arasında kadrların peşəkar hazırlığı və ixtisasının artırılması sahəsində əməkdaşlıq haqqında Protokol” imzalanıb.

AZƏRTAC xəbər verir ki, Şuranın iclası çərçivəsində, həmçinin “Özbəkistan Respublikası Dövlət Gömrük Komitəsi və Tacikistan Respublikası Hökuməti yanında Gömrük Xidməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol”, “Özbəkistan Respublikası Dövlət Gömrük Komitəsi və Tacikistan Respublikası Hökuməti yanında Gömrük Xidməti arasında qarşılıqlı ticarətin gömrük statistikasına dair məlumatların müqayisəsi zamanı qarşılıqlı fəaliyyət qaydası haqqında Protokol” imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.