İQTİSADİYYAT


Azərbaycan Rusiyaya alma tədarükünü artırır

Bakı, 14 iyun, AZƏRTAC

Rusiya 2014-cü ildən qüvvədə olan embarqoya baxmayaraq, dünyada ən iri alma idxalçısı olaraq qalır. ABŞ Kənd Təsərrüfatı Nazirliyinin Xarici kənd təsərrüfatı xidmətinin (FAS USDA) iyun ayı üzrə icmalında deyilir ki, 2016/2017-ci il mövsümündə (iyul-iyun) ölkəyə alma idxalı 670 min ton təşkil edəcək ki, bu da ötən illə müqayisədə 72 min ton (10 faiz) azdır.

AZƏRTAC "Agroinvestor.ru" saytına istinadla xəbər verir ki, Belarusdan tədarükün azalması, Moldova, Azərbaycan və Serbiyadan isə artması fonunda idxal azalmaqda davam edəcək.

Bir il əvvəl olduğu kimi, idxalın həcminə görə ikinci yerdə Belarus (600 min ton), üçüncü yerdə isə Avropa İttifaqıdır (430 min ton).

Ötən il Rusiyada alma istehsalı 1,33 milyon ton olub. Bu, 2015-ci ilin göstəricisindən 24 min ton çoxdur. Mövsümün sonuna, təzə alma istehlakının 67 min ton azalacağı, lakin istehsalın əvvəlki kimi 1,57 milyon ton çox olacağı gözlənilir, 348 min ton alma isə emala göndəriləcək.

Bütövlükdə, 2016/2017-ci il mövsümündə dünya alma istehlakının 728 min ton artaraq 77,2 milyon tona çatacağı gözlənilir. Bu proqnoz, ilk növbədə, Çin Xalq Respublikasının hesabına artırılıb. Proqnozlara görə, alma üzrə dünya ticarətinin həcmi Avropa İttifaqı və İrandan tədarükün azalması səbəbindən 6,17 milyon (3 faiz) tonadək azalacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.