Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Azərbaycan Sahibkarlar Konfederasiyası kənd təsərrüfatı ilə bağlı yeni layihəyə start verəcək

Azərbaycan Sahibkarlar Konfederasiyası kənd təsərrüfatı ilə bağlı yeni layihəyə start verəcək

Bakı, 25 aprel, Sevda Cəfərova, AZƏRTAC

Prezident İlham Əliyevin Sərəncamı ilə 2015-ci il “Kənd təsərrüfatı ili” elan edilməsi ölkəmizdə bu sahənin inkişafına təkan verib. “Kənd təsərrüfatı ili” çərçivəsində həyata keçirilən tədbirlər, əldə olunan uğurlar, perspektivlərlə bağlı Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev AZƏRTAC–ın müxbirinə müsahibə verib. Müsahibəni təqdim edirik.

- Hər bir ölkənin ərzaq təminatının böyük hissəsi kənd təsərrüfatı sahəsinin üzərinə düşür. Bu böyük bir strateji məqsədin tərkibidir. Ölkəmizdə bu vəziyyəti necə xarakterizə etmək olar?

- Azərbaycanda 90-cı illərin ortalarından başlayaraq ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın müxtəlif sahələrində həyata keçirilən islahatlarla planlı iqtisadi modeldən liberal bazar iqtisadiyyatına keçid təmin edilib, dünyada ən yüksək inkişaf templəri ilə sənaye, xidmət və kənd təsərrüfatı sahələrində real irəliləyişə nail olunub. Ulu Öndərdən sonra bu siyasəti inamla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında hazırda Azərbaycanın hərtərəfli inkişafında yeni mərhələ yaşanır.

Son illərdə respublikamızda qeyri-neft sektorunun, xüsusilə də regionlarda kiçik və orta sahibkarlığın inkişafı istiqamətində ayrı-ayrı dövlət proqramları həyata keçirilib. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı 2004-2008 və 2009-2013-cü illəri əhatə edən dövlət proqramları, 2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişafın təmin olunması, 2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair dövlət proqramları nəticəsində ümumən iqtisadiyyatımız inkişaf edib, regionlarda iri infrastruktur layihələri həyata keçirilib, əhalinin yoxsuluq səviyyəsi minimum həddə endirilib, biznes mühiti canlanıb. Bütün bunlar kiçik və orta sahibkarlığın, fermer təsərrüfatlarının daha da inkişaf etməsinə şərait yaradıb.

Qeyri-neft sektorunun, xüsusilə də, kənd təsərrüfatının inkişafı dövlətimizin əsas iqtisadi strategiya sənədi olan “Azərbaycan 2020: Gələcəyə Baxış İnkişaf Konsepsiyası”nda əsas prioritet sahə kimi qeyd olunub.

Kənd təsərrüfatı əhalinin məşğulluğunun təmin olunmasında xüsusi çəkiyə malikdir. Eyni zamanda, hər bir ölkə üçün ərzaq təminatı strateji bir istiqamətdir. Məhz, bu iki amil kənd təsərrüfatının önəmini daha da artırır. Müasir dünyada kənd təsərrüfatının inkişafı yalnız çağdaş toxumçuluq, bitkiçilik, əkin və suvarma texnologiyalarının və ya yeni texnikanın tətbiqi ilə əlaqədar deyildir. İnkişaf etmiş fermer təsərrüfatına nail olmaq üçün fermer təsərrüfatlarının maliyyə mənbələrinə çıxışı, aqrar sahədə informasiya-kommunikasiya texnologiyalarının, müasir sığorta sisteminin tətbiqi, ölkədaxili və beynəlxalq standartlara cavab verən məhsulun emalı və kooperativlərin təşkili çox mühüm yer tutur.

-Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2015-ci il “Kənd təsərrüfatı ili” elan edilib. Bu mühüm öhdəliyin müqabilində sahibkarların üzərinə hansı vəzifələr düşür?

- Aqrar sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə dövlət mütəmadi olaraq kreditlər, subsidiyalar verir. 2014-cü ildə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 5560 sahibkara 50 faizi qaytarılmış vəsait hesabına olmaqla 295 milyon manat güzəştli kredit verilib və 12500-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb. 78 faizi regionlara yönəldilmiş bu güzəştli kreditlər hesabına ötən il 39 iri istehsal, emal və infrastruktur müəssisəsi istifadəyə verilib. Bu il isə daha 81 müəssisənin istifadəyə veriləcəyi gözlənilir.

Kənd təsərrüfatı məhsullarına yönəlmiş keyfiyyət standartları bu sahədə ən önəmli məsələlərdəndir. Bu standartlar həm ölkə daxili bazarın sağlam qida ilə təminatını, həmçinin kənd təsərrüfatı məhsullarının ixracı imkanlarını genişləndirir. Sevindirici haldır ki, ölkədə kənd təsərrüfatının inkişafı üçün çox ciddi tədbirlər görülür, islahatlar aparılır. Torpaqların elektron uçotu, qeydiyyatı indiki mərhələ üçün çox önəmli məsələlərdən biri hesab olunur.

2015-ci ilin Prezident İlham Əliyevin Sərəncamı ilə “Kənd Təsərrüfatı ili” elan edilməsi bir sıra dövlət qurumları, həmçinin Kənd Təsərrüfatı Nazirliyi, o cümlədən Azərbaycan Sahibkarlar Konfederasiyası qarşısında bir neçə ciddi vəzifələr qoyub. Kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətinin artırılması, yeni emal müəssisələrinin yaradılması bu sahədə çalışan sahibkarlara dövlət tərəfindən xüsusi köməyin göstərilməsi bu qəbildən olan tədbirlərdəndir.

Son illərdə kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadənin səmərəliliyinin artırılması məqsədi ilə su anbarlarının və yeni sututarların yaradılması, eləcə də suvarma sistemlərinin gücləndirilməsi ilə bağlı görülən məqsədyönlü tədbirlər sahibkarlar tərəfindən müsbət qarşılanır.

Artıq kənd təsərrüfatı sahəsində yeni hədəflərə nail olmaq məqsədilə Azərbaycan Sahibkarlar Konfederasiyası və Kənd Təsərrüfatı Nazirliyi ilə yeni əməkdaşlıq müqaviləsinin imzalanması nəzərdə tutur. Bağlanacaq müqaviləyə əsasən ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, istehsalçılara zəruri xidmətlərin göstərilməsi, baytarlıq, bitki mühafizəsi və karantini, torpaqların səmərəli istifadəsi də daxil olmaqla aqrar bölmədə dövlət siyasətinin işlənib hazırlanmasında və həyata keçirilməsində əməkdaşlıq etmək kimi vəzifələr qarşıya qoyulacaq. Yaxın gələcəkdə dövlətin sosial-iqtisadi siyasəti iqtisadi inkişafın dayanıqlılığının istehsalatın modernləşdirilməsi və rəqabət qabiliyyətinin artırılması, innovasiya fəallığının və insan kapitalına investisiyaların stimullaşdırılması, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, yeni iş yerlərinin yaradılması, yoxsulluğun azaldılması, əhalinin rifahının artırılması ilə bağlı birgə əməkdaşlıq münasibətlərinin müəyyən edilməsi ilə bağlı Azərbaycan Sahibkarlar Konfederasiyası Kənd Təsərrüfatı Nazırliyi ilə əməkdaşlığı genişləndirməyi planlaşdırır.

-Kənd təsərrüfatında çalışan sahibkarlar daha çox hansı sahələrə meyil göstərirlər?

- “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” xərclərində nəzərdə tutulmuş vəsait hesabına kənd təsərrüfatı məhsullarının istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində və çoxillik əkmələrin aparılmasında istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımın həcminin 25 faiz artırılması bu sahənin inkişafına öz töhfəsini verəcək.

Dövlət qayğısının artırılmasının nəticəsidir ki, fermerlərin istehsal vasitələri ilə təminatında yaddaqalan nəticələr olub. Belə ki, kənd təsərrüfatı məhsulları istehsalçılarına lizinqə verilmiş texnikalar əvvəlki illə müqayisədə 37 faiz, o cümlədən taxılyığan kombaynlar 57 faiz, traktorlar 48 faiz, digər texnikalar isə 29 faiz artmışdır. Son ildə alınmış ümumi kənd təsərrüfatı texnikasının 83 faizini, kombaynların isə 79 faizini Avropa ölkələrinin ən tanınmış şirkətlərinin məhsulları təşkil etmişdir. Son on ildə ölkəyə gətirilmiş və 50 faiz güzəştlə lizinqə verilmiş iribuynuzlu damazlıq heyvanların 25 faizi, xırdabuynuzlu damazlıq heyvanların isə 67 faizi ötən ilin payına düşüb.

Belə bir şəraitdə aqrar sahədə fəaliyyət göstərən sahibkarlar əkinçilik, bitkiçilik, pambıqçılıq, tütünçülük, üzümçülük, çayçılıq, taxılçılıq, heyvandarlıq (xüsusilə iri südçülük-maldarlıq kompleksləri yaradılması), arıçılıq və kənd təsərrüfatının digər sahələrinin inkişafına meyil göstərirlər. Bu işlərin həyata keçirilməsində Azərbaycan Sahibkarlar Konfederasiyası mütəmadi olaraq sahibkarlara yaxından kömək edir.

Bu gün yeni aqrokimya laboratoriyalarının yaradılması, kənd təsərrüfatı məhsulları istehsalçılarını kreditləşdirəcək ixtisaslaşmış kənd təsərrüfatı bankının yaradılması, drenaj-kollektor şəbəkələrinin təkmilləşməsi, mövcud tədarük satış-məntəqələrinin modernləşdirilməsi və yenilərinin yaradılması, digər problemlər həlli vacib məsələlərdən sayılmalıdır.

- Azərbaycan Sahibkarlar Konfederasiyası kənd təsərrüfatı sahəsində çalışan iş adamlarına necə dəstək verir?

- Konfederasiya sahibkarların problemlərini həll edilməsində, onların maariflənməsində daim maraqlıdır. Eyni zamanda, regionlarda sahibkarlığın inkişafının sürətləndirilməsi üçün onların təşkilatlanmasına ehtiyac var.

Hazırda konfederasiya özündə 6000-dən çox sahibkarlıq subyektini, o cümlədən 70-ə qədər iqtisadi və sosial yönümlü assosiasiya və ittifaqı birləşdirir ki, bunların bir qismini (40 faizi) də kənd təsərrüfatı ilə məşğul olan sahibkarlar təşkil edir. Azərbaycan Sahibkarlar Konfederasiyası “Gəncə Aqrobiznes Assosiasiyası”, “Gübrə Toxum və Pestisid Ticarətçilər Assosiasiyası”, “Azərbaycan Quşçuluq Assosiasiyası” ilə sıx əməkdaşlıq edərək, onların öz təsərrüfatlarının inkişaf etdirilməsi istiqamətində müəyyən tövsiyələr verir. Mütəmadi olaraq beynəlxalq ekspertlərin iştirakı ilə bır sıra təlimlər təşkil etməklə, insanların aqrar sahəyə marağının artmasını təşviq edirik. Ölkəmizdə kənd təsərrüfatı sahəsində çalışan və bu sahədə bizneslərini inkişaf etdirən iş adamları az deyil. Əkinçilik- bitkiçilik, pambıqçılıq, tütünçülük, üzümçülük, çayçılıq, taxılçılıq, heyvandarlıq (İri südçülük-maldarlıq kompleksləri yaradılıb), arıçılıq və digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamlarının sayı yetərli qədərdir. İnanıram ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda imzaladığı “Bitkiçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı bu sahəni stimullaşdırmaqla yanaşı, kənd təsərrüfatı ilə məşğul olan iş adamlarının sayının artmasına şərait yaradacaq.

Bu yaxınlarda Azərbaycan Sahibkarlar Konfederasiyası uğurlu bir layihə qazanıb. Konfederasiya kənd təsərrüfatı ilə bağlı artıq apreldən yeni layihəyə start verəcək. “Kənd Təsərrüfatı ilə bağlı artıq apreldən yeni layihəyə start verəcək adlı layihə kənd təsərrüfatında biznes quruculuğunun əsas komponentlərini maliyyə-sığorta, aqrar sahədə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və kooperativlərin təşkili mövzularıdır. Fermerlərin maarifləndirilməsi, bu mexanizmlərin biznesə tətbiqinin uğurlu nəticələrinin sahibkarlar arasında təbliğ etməyi və sahibkarların bu sahələr üzrə fikir və təkliflərinin öyrənilməsini layihənin başlıca məqsədi olacaq.

Layihədə 4 əsas komponent üzrə ayrı-ayrılıqda mövcud durum araşdırılmış və hazırkı vəziyyət nəzərə alınaraq sahələr üzrə müvafiq məqsəd və vəzifələr müəyyən edilmişdir. Xaçmaz və Ağcabədi rayonlarında hal-hazırda kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan və ya bu sahədə biznes qurmaq arzusunda olan sahibkarlar layihədən faydalanacaqlar. Aqrar sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin öz biznesini inkişaf etdirmək üçün maliyyə, sığorta, keyfiyyət standartları və kooperativlər mövzusunda maariflənmə işi aparılacaq.

-Sahibkarlar məhsullarını xarici bazarlara çıxararkən hansısa problemlərlə üzləşə bilərlərmi?

- Azərbaycanın dünya bazarına ixrac olunan məhsullarına böyük maraq heç kəsə sirr deyil. Ona görə də ölkədə istehsal edilən məhsulların rəqabət qabiliyyətinin artırılması və dünya miqyasında brendə çevrilməsi üçün iri investisiyaların ayrılmasına ciddi ehtiyac duyulur və dövlət tərəfindən bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir.

Hesab edirəm ki, konfederasiya cari il ərzində daha çox fermerlərin maliyyə-sığorta, informasiya-kommunikasiya texnologiyaları və kənd təsərrüfatı menecmenti sahəsində təməl biliklərə yiyələnməsi, mövcud maliyyə mənbələri, kənd təsərrüfatında tətbiq olunan sığorta sistemi, informasiya-kommunikasiya texnologiyalarinin aqrar sahəyə tətbiqinin mahiyyəti və önəmi, təsərrüfatın kooperativ forması haqqında zəruri biliklərə yiyələnməsi istiqamətində iş aparacaq.

İnanıram ki, aparacağımız maarifləndirmə tədbirləri zamanı sahibkarlar öz bizneslərini daha da inkişaf etdirəcək, müasir maliyyə menecmenti üsullarından, innovativ texnologiyalardan istifadə edəcək, daha effektiv fəaliyyət göstərəcəklər. Sahibkarların öz təsərrüfatlarını sığorta etdirməsi, kooperativlərə qoşulması, daxili bazarda və ixrac zamanı tətbiq edilən standartlara uyğun məhsul emal edəcəyi gözlənilən nəticələrdəndir. Çalışırıq ki, banklar, kredit təşkilatları, sığorta şirkətləri ilə kənd təsərrüfatı sahəsində çalışan insanların görüşlərini təşkil edək, sahibkarların yeni model fermer təsərrüfatları ilə işləmək istiqamətində maraqlarını artıraq.

Sonda qeyd etmək istərdim ki, Azərbaycan Sahibkarlar Konfederasiyası zamanın tələblərini nəzərə alaraq, gündəlik fəaliyyətini durmadan təkmilləşdirir, müasir biliklər təcrübəsindən, modern idarəçilik üsullarından real şəkildə bəhrələnməyə çalışır. Əmin olduğumu bildirirəm ki, bütün bunlar öz real bəhrəsini verəcək, müstəqillik yollarında inamla irəliləyən Azərbaycanda sahibkarlığın inkişafına öz müsbət təsirini göstərəcəkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirinin ilk günündə medal qazana bilməyiblər

Mart soyqırımı - insanlığın faciəsi

Naxçıvandan olan şəhid ailələrinin üzvləri Şuşada

Bakıda keçiriləcək lisenziya turnirinə satılan biletlərin sayı açıqlanıb

Sağlam və düzgün qidalanmanın ən önəmli qaydalarından biri meyvə və tərəvəzləri mövsümündə istehlak etməkdir

NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir

GUAM ölkələri insan alverinə və qanunsuz miqrasiyaya qarşı mübarizəni gücləndirəcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb

Yunanıstanda 6 bal gücündə zəlzələ olub

Vüqar Rəhimzadə: XX əsrdə xalqımız böyük bəlalarla üzləşsə də, sınmadı, güc topladı və məqsədinə nail oldu

Azərbaycanda hansı şəxslərin təhsil haqqı dövlət vəsaiti hesabına ödəniləcək?

Ukraynaya raket hücumu nəticəsində 6 bölgənin enerji infrastrukturuna ziyan dəyib

Sumqayıt Kimya Sənaye Parkında ağacəkmə aksiyası keçirilib

Alimlər fövqəlnovanın ən erkən mərhələlərini qeyd edirlər

Qubada III Aqrobiznesin İnkişafı Forumu keçirilir - YENİLƏNİB

Donald Tusk Ukrayna müharibəsinin uzanacağını güman edir

Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

Azərbaycan Karate Federasiyasında fəxri prezidentlik institutu yaradılır

Dördüncü “Yüksəliş” müsabiqəsinə 14 min nəfərdən çox iştirakçı qeydiyyatdan keçib

Gürcüstanda müsəlman icmasına daha 20 məscid veriləcək

Cəmiyyətin Ermənistan işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir-SORĞU

Oğuz sakinlərindən nəcib təşəbbüs - yanmış meşə sahələri bərpa edilir FOTO

“Heydər Əliyev və Azərbaycan mərasim mədəniyyəti” kitabı çapdan çıxıb

“Hoa Lo” həbsxanası - Fransanın Vyetnamdakı cinayətlərinin şahidi VİDEO

İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələri üzrə cərimələrin məbləği artırılır

“Şahin” hərbi-idman oyununun Şəki rayon turunda 11 komanda mübarizə aparıb

Elektroenergetika və bərpaolunan enerji sahəsində Texniki Komitə yaradılıb

Məktəbəhazırlıq qruplarında, 4-cü və 6-cı siniflərdə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq

“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib

Müasir imperializm ideyasının sələfi olan Qərb merkantilizmi indi də Ermənistanı “xərcləyir” - ŞƏRH

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

Cinayət-Prosessual Məcəlləyə təklif edilən bir sıra dəyişikliklər təsdiqlənib

Görkəmli ədibin 125 illiyi adını daşıdığı kitabxanada qeyd edilib

Alzheimer xəstəliyi orqan nəqli ilə də yayıla bilər

Hüquqşünas kimi 5 ildən artıq işləyən Azərbaycan vətəndaşları hakim ola biləcəklər

Aprelin 15-dən 19-dək ölkəmizdə quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək

Ramiz Əskərin yaradıcılığında əski və çağdaş türk abidələrinin tədqiqi və tərcüməsi - seminar

Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı dayandırılıb

Kukla Teatrı aprel repertuarını açıqlayıb

“Qarabağ”ın qapıçısı Azərbaycan və Rusiya çempionatlarını müqayisə edib

Yunis Hüseynov: “Qarabağ” bütün oyunlarını uduzsa belə, çempion olacaq

Mülki Prosessual Məcəlləyə dəyişikliklər təsdiqlənib

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanın iclası keçirilib

Azərbaycanda su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri yenilənəcək

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 132-ci kitabı çapdan çıxıb

Bərdədə “Peşə təhsili və özəl dövlət əməkdaşlığı” mövzusunda regional forum keçirilir

Bill Qeyts: Süni intellekt gələcəkdə asan tapşırıqları da yerinə yetirə bilməyəcək

İqlim dəyişikliyi saatların bir saniyə itirməsinə səbəb ola bilər

Azərbaycanın su qıtlığı probleminin həllində əldə edilən irəliləyişlər müzakirə edilib

Valideynlik hüququndan məhrumetmə barədə iddia qaldıra bilənlərin sayı artırılır

Nazir: TDT-nin platformasından istifadə etməklə biz aqrar sektorun inkişafına töhfə verə bilərik

Türkiyəli nazir: Zəlzələ zonasında 300 min obyekt tikilir

Ölkəmiz ABŞ-da Oyun Tərtibatçıları Konfransında təmsil olunub

Kiyev və Varşava təhlükəsizlik zəmanəti barədə saziş imzalamağı planlaşdırır

Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

Vaşinqtonda Hirşhorn kolleksiyasının sərgisi açılıb

Məktəb psixoloqları üçün müsabiqə

Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb

BDU-nun müəllimi Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassı Universitetində mühazirə deyib

AMB: Ötən il ixracın 25,9 milyard dolları neft-qaz sektorunun payına düşüb VİDEO

Premyer Liqa: “Sumqayıt” – “Araz-Naxçıvan” oyununun hakimləri bəlli olub

Milli Məclis 21 məsələnin müzakirəsinə başlayıb

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Mərkəzi Bank: Ötən il Azərbaycandan xaricə birbaşa investisiya 3 milyard dollardan çox olub VİDEO

Cabbar Qaryağdıoğluna həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsi davam edir

“Böyük Dəbilqə”: Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır

Ötən il Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyaların həcmi açıqlanıb VİDEO

Tanınmış arxeoloq Tufan Axundov vəfat edib

“Anev-2024 Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimi keçirilib

Ötən il cari əməliyyatlar hesabının profisiti 8,3 milyard ABŞ dolları olub VİDEO

Madaqaskarda qasırğa 14 nəfərin həyatına son qoyub

Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyun keçiriləcək

AMEA Naxçıvan bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Premyer Liqa: “Qarabağ” üçün çempionluq oyunu, “Neftçi” autsayderə qarşı

Cənubi Afrikada avtobus qəzası nəticəsində 45 nəfər ölüb

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq

Xırdalanda əl qumbaraları və partladıcılar tapılıb VİDEO

Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Sabirabadda yol qəzası olub, iki nəfər xəsarət alıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb VİDEO

ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb

Tədqiqat: 7 saatdan az yuxu yüksək təzyiq riskini artırır

Alimlər virusların insandan heyvana daha çox keçdiyini ortaya çıxarıblar

İsveç arxeoloqları XII əsrə aid gümüş sikkələr aşkarlayıblar

Finlandiyada etiraz nümayişləri Pasxa bayramından sonra davam edəcək

Vyetnamlı məktəbli dünyada SAT üzrə ən yaxşı nəticə göstərib

Bir ay tam yuxu alan insanlar özlərini 6 yaş cavan hiss edirlər - Araşdırma