CƏMİYYƏT


Azərbaycan “Səfirliklərin 12-ci beynəlxalq yarmarkası” ənənəvi xeyriyyə tədbirində təmsil olunub

A+ A

Bakı, 15 noyabr, AZƏRTAC

Noyabrın 12-si tarixində paytaxt Braziliyada “Səfirliklərin 12-ci beynəlxalq yarmarkası” ənənəvi xeyriyyə tədbiri keçirilib.

Ölkəmizin Braziliyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, on minlərlə ziyarətçisi olan bu tədbirdə 100-ə yaxın diplomatik nümayəndəlik iştirak edib.

Tədbir çərçivəsində Azərbaycanın Braziliyadakı səfirliyinin guşəsi qurulub. Yarmarkada adət-ənənələrimizi əks etdirən suvenirlər, xalçalar, kəlağayılar, habelə milli şirniyyat nümunələri qonaqlara təqdim olunub. Bundan əlavə, Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti və turistik imkanları barədə materiallar qonaqlara paylanılıb.

Azərbaycan guşəsi tədbir iştirakçılarının böyük marağına səbəb olub. Azərbaycan səfirliyinin xeyriyyə yarmarkasında iştirakı ölkəmizin Braziliyada daha geniş tanıdılmasına töhfə verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.