Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının ümumi yığıncağı keçirilib

Bakı, 27 aprel, AZƏRTAC

Aprelin 27-də Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının (AŞBMA) ümumi yığıncağı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və nəzarət-təftiş komissiyasının hesabatları, 2017-ci il üçün büdcəsi layihəsi müzakirə olunub.

Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təhmiraz Tağıyev hesabat məruzəsini təqdim edib. O, dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində ölkəmizdə yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər görüldüyünü diqqətə çatdırıb. Bildirilib ki, 2017-ci ildə Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyası şəhər bələdiyyələrində yerli özünüidarəetmənin inkişafı və möhkəmlənməsi istiqamətində zəruri tədbirləri davam etdirib, qarşıda duran vəzifələr müzakirə olunub. Hesabat ilində yerli özünüidarəetmə orqanlarının beynəlxalq standartlara cavab verən hüquqi bazasının möhkəmlənməsi istiqamətində dövlət və hökumət orqanları ilə əməkdaşlıq əlaqələri davam etdirilib, yeni qanunların qəbul olunmasında milli assosiasiyaların təklifləri nəzərə alınıb.

2007-ci ildə bələdiyyə sədrlərinin I ümumrespublika toplantısında milli assosiasiyaların təşəbbüsü ilə irəli sürülmüş və uğurla davam etdirilən 68 şəhər bələdiyyəsi tərəfindən “Bir bələdiyyə - azı bir layihə” təşəbbüsü çərçivəsində 19 istiqamətdə, 409 layihə üzrə 3.799.002 manatlıq müxtəlif xarakterli sosial layihələr icra olunub. Həyata keçirilmiş layihələr sırasında 97 layihə üzrə 1.314.257 manatlıq abadlıq və quruculuq işlərinin görülməsinə, 49 layihə üzrə 936.017 manatlıq bələdiyyə yollarının saxlanmasına, 38 layihə üzrə 356.888 manatlıq yaşıllaşdırma işlərinin yerinə yetirilməsinə, 13 layihə üzrə 89.548 manatlıq xeyir-şər evlərinin tikintisinə, 19 layihə üzrə 109.428 manatlıq məişət tullantılarının daşınmasına, 71 layihə üzrə 388.148 manatlıq yardım və mükafatların verilməsinə, 16 layihə üzrə 82.478 manatlıq yaşayış binalarının saxlanılmasına sərf olunub. 43 layihə üzrə 259.971 manatlıq digər layihələr yerinə yetirilib.

Cari ildə isə 19 istiqamətdə, 447 layihə üzrə 6.450.227 manatlıq müxtəlif xarakterli sosial layihələr nəzərdə tutulub. Bütün bunlar onu göstərir ki, regionların sosial-iqtisadi inkişafında davamlı olaraq bələdiyyələrimizin də özünəməxsus yeri və payı var.

Demokratik ənənələrin inkişafı istiqamətində ötən il oktyabr ayının 31-dən noyabr ayının 6-dək “Çoxmədəniyyətli cəmiyyətdə birgə yaşamaq: qarşılıqlı hörmət, dialoqun dəstəklənməsi, birgə hərəkət” şüarı altında “Azərbaycanda yerli demokratiya həftəsi” çərçivəsində keçirilmiş 569 görüşdə 92.454 nəfər iştirak edib, bələdiyyələrdə 6.344 nəfər vətəndaş qəbul olunub.

Ötən ilə nisbətən görüşlərdə 16748 nəfər, başqa sözlə, 22 faiz artıq vətəndaş iştirak edib, 400 nəfər və ya 7 faiz artım olmaqla vətəndaşların qəbulu aparılıb. Bu, o deməkdir ki, ötən il yerli özünüidarəetmə qurumlarının apardıqları məqsədyönlü işlərin nəticəsində fəaliyyət göstərdikləri ərazidə onların nüfuzu getdikcə artır.

İlk dəfə olaraq Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyaları tərəfindən Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi (BAMS) proqramı hazırlanıb və ötən ilin oktyabr ayından bələdiyyələrdə tətbiq edilməyə başlanılıb. BAMS proqramı bələdiyyələrin bütün fəaliyyətini əks etdirən məlumatları bazada yerləşdirməklə vergi və ödənişlər, həmçinin gəlir və xərclərlə bağlı aparılacaq bütün əməliyyatları qeydə alır və lazım olan statistik məlumatları operativ əldə etmək imkanı yaradır. Hazırda bu proqram respublikanın bütün bələdiyyələrində uğurla tətbiq olunur. Bələdiyyələrdə fəaliyyəti ilə, o cümlədən vergi və ödənişlərlə bağlı vahid informasiya bazasının yaradılması başa çatdırılıb ki, bu da gələcəkdə yerli büdcə daxilolmalarının kifayət qədər artımı üçün müvafiq şərait yaradır.

Qeyd edilib ki, 2016-cı ildə şəhər bələdiyyələrinin büdcə gəlirləri 11.323.726 manat, xərcləri isə 11.157.538 manata bərabər olub.

Əvvəlki illərdə olduğu kimi, büdcə daxilolmalarında yerli (bələdiyyə) vergi və ödənişlərdən daxilolmalar üstünlük təşkil edib. Daxilolmaların 9.010.135 manatı və ya 79.6 faizi yerli (bələdiyyə) vergi və ödənişlər, 1.852.314 manatı və ya 16.3 faizi dövlət tərəfindən ayrılan dotasiyalar, 461.277 manatı və ya 4.1 faizi digər gəlirlər hesabına formalaşıb.

Hesabat dövründə Assosiasiya yerli özünüidarəetmə məsələləri ilə bağlı Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi, beynəlxalq qurumlar və qeyri-hökumət təşkilatları, xarici ölkələrin assosiasiyaları və bələdiyyələri ilə əməkdaşlıq əlaqələrini davam etdirib.

Xırdalan bələdiyyəsinin sədri Eldar Əhmədov Assosiasiyanın nəzarət-təftiş komissiyasının məruzəsini təqdim etdikdən sonra yığıncaq iştirakçıları Assosiasiyanın 2017-ci il üçün büdcəsinin formalaşması, iqtisadi potensialın dayanıqlı maliyyə mənbələri üzərində qurulması məsələlərini müzakirə ediblər.

Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə çıxış edərək dövlətimizin başçısı İlham Əliyev tərəfindən ölkə vətəndaşlarının həyat səviyyəsinin yüksəldilməsi istiqamətində qarşıya qoyulmuş vəzifələr və bələdiyyələrin bununla bağlı artan rolu barədə danışıb. Azərbaycan bələdiyyə sisteminin effektivliyinin və bələdiyyələrin fəallığının artırılmasının vacibliyi vurğulanıb, nöqsanlar qeyd edilib, şəhər bələdiyyələrinin sədrlərinə müvafiq tövsiyələr verilib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazov bildirib ki, ötən il yerli özünüidarəetmə orqanları tərəfindən bir çox işlər görülüb, onların üzərinə qoyulmuş bir çox vəzifələr icra olunub. Bələdiyyələrimiz ölkəmizin inkişafında önəmli rol oynamağa, əhalini narahat edən sosial əhəmiyyətli məsələləri həll etməyə, vətəndaşları yerli özünüidarəetmə proseslərinə cəlb etməyə davam ediblər. Bu işdə milli assosiasiyaların rolu xüsusi qeyd olunmalıdır.

Bildirilib ki, ötən il bələdiyyələrin əsas gəlir mənbəyi hesab olunan yerli vergi və ödənişlərin yığım səviyyəsi artıb. Yerli vergi və ödənişlərin yığılması sahəsində müəyyən irəliləyiş var, lakin bələdiyyələr qarşısında duran vəzifələr və görüləsi işlər hələ çoxdur.

Diqqətə çatdırılıb ki, keçən ilin fevral ayından başlayaraq vergi və ödənişlərin toplanması, tədiyyəçilərlə münasibətlərin düzgün qurulması, gəlir və xərclər sahəsində şəffaflığın təmin olunması üçün Prezident Administrasiyasının dəstəyi ilə Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyaları tərəfindən Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi (BAMS) proqramı hazırlanıb və ötən ilin oktyabr ayından bələdiyyələrdə tətbiq edilməyə başlanıb. Milli assosiasiyaların əməkdaşları proqramın tətbiqi ilə bağlı Bakı və Gəncə şəhərləri daxil olmaqla respublikanın 8 şəhərində zona seminarları keçirib. BAMS proqramının tətbiqindən sonra büdcə gəlirləri müəyyən qədər artıb. Proqramın tətbiqi ilə bağlı bələdiyyə sədrləri işlərində ciddi dönüş yaratmalı, proqram təminatını həyata keçirən mütəxəssisləri işə cəlb etməli, vergi ödəyiciləri ilə münasibətləri düzgün qurmağı bacarmalıdırlar. Bələdiyyə sədrləri əhali arasında vergilərin ödənilməsi ilə bağlı geniş maarifləndirmə və təbliğat işini davam etdirməli, seçiciləri qarşısında hesabat yığıncaqlarını daim keçirməli, vergilərdən əldə olunacaq gəlirlərin həmin vergiləri ödəyən şəxsləri narahat edən yerli problemlərin həllinə yönəldiləcəyini bildirməlidirlər. Bir sözlə, sakinlər ilə təmas qurmadan, onlara vergi ödəmək mədəniyyəti aşılamadan, bələdiyyənin fəaliyyətini təbliğ etmədən vergiləri tam həcmdə yığmaq mümkün olmayacaq. Bələdiyyələrimiz işlərini elə qurmalıdırlar ki, həm büdcə gəlirləri, həm də vətəndaşlar arasında nüfuzu, hörməti artsın. Bunu da onlar yalnız görəcəyi işlər hesabına edə bilərlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib

® GL 2023-cü ildə neft hasilatı artımına nail olub

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur SİYAHI

Mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edilib

Ukraynanın Krivoy-Roq şəhərində Novruz bayramı ilə bağlı konsert təşkil edilib

Saatlıda narkokuryerlik edən şəxs saxlanılıb

Hüquq müdafiəçisi: Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır

Türkiyə tədqiqatçıları stressin beyində “zamanın qavranılmasını” pozduğunu müəyyənləşdiriblər

Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb

Avstraliya məhkəməsi “Uber”i böyük məbləğdə təzminat ödəməyə məcbur edib

Yanlış ayaqqabı uşağın sağlamlığına zərər verə bilər - Mütəxəssis rəyi

Anaklia limanının dəniz infrastrukturunun tikintisi üçün beynəlxalq tender elan edilib

Süni intellekt və lazer əsaslı sensorla mədədəki xəstəliklər müəyyən ediləcək

Braziliyada hiss edilən temperatur 62 dərəcə Selsini keçib

Yaponiyada yaşlı insanlar əməyə cəlb edilir

İraq neft ixracını azaldacaq

Ümumdünya Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Qırmızı qəsəbəyə səfər edib

Budapeştdə biznes forumda Azərbaycandakı investisiya imkanlarından danışılıb

Gürcüstanın Təhsil və Elm Nazirliyinin Marneuli İctimai Kollecində təntənəli Novruz şənliyi keçirilib

Azərbaycanın Qırğızıstandakı səfirliyində Novruz bayramı qeyd edilib

Bu gün Torpaq çərşənbəsidir

Şabranda minik avtomobilləri toqquşub, yaralananlar var

“Robotexnika Klubu”nun üzvləri Türkiyədə keçiriləcək “Texnofest”ə layihə təqdim ediblər

Kəngərli rayonunun yaradılmasının 20 illiyi qeyd olunub

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Dövlət Komitəsində Yaponiyada yaşayan azərbaycanlı pianoçu ilə görüş olub

Amur vilayətindəki filiz mədənində qəza baş verib, dağıntılar altında qalanlar var

Media əməkdaşları arasında atıcılıq yarışının qalibləri bəlli olub

Türkiyə Prezidenti: Bu yay İraq sərhədimizin təhlükəsizliyini tam təmin edəcəyik

Naxçıvan ŞİH: Möminə Xatun türbəsinin ətrafındakı tikili ilə bağlı yayılanlar həqiqəti əks etdirmir

Azərbaycanın güləş millisi “Çempionlar” turnirini 10 medalla başa vurub

YAP Səbail rayon təşkilatında Novruz bayramı qeyd edilib

Nigeriyada daha yüz adam oğurlanıb

Azərbaycan-İraq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Bakı Ali Neft Məktəbində “Huawei” şirkətinin laboratoriyası fəaliyyətə başlayıb

Nazirlik: Hərbi hissələrdə bayram tədbirləri qapalı şəraitdə keçirilir

Azərbaycan atıcıları Almaniyada qızıl medal qazanıblar

Bakı Dövlət Universitetində Novruz şənliyi

Yens Stoltenberq: NATO ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparırıq VİDEO

Beynəlxalq mətbuat Azərbaycan Prezidentinin NATO-nun Baş katibi ilə görüşündən yazır

“Ailəm könüllüləri” proqramının könüllüləri mükafatlandırılıb

Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus BAMF-da olub

Azərbaycan icması Böyük Britaniya Parlamentinə etiraz məktubu göndərib

Müdafiə naziri Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Unudulmaz bəstəkar Şəfiqə Axundovanın 100 illik yubileyi qeyd olunub

Hikmət Hacıyev: Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var VİDEO

Xüsusi təyinatlı təhsil müəssisələrində Çanaqqala zəfərinin 109-cu ildönümü qeyd edilib VİDEO

Ağdamda Bahar bayramı şənliyi keçirilib

Bakının Dəmir yolu vağzalında keçirilən oftalmoloji aksiya zamanı 120 nəfər müayinə olunub 

Monitorinq Mərkəzi Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirib

M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsəri İstanbulda səhnələşdiriləcək

Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanına qeydiyyat elan edilib

Azərbaycan səfiri Çanaqqala Zəfərinin 109-cu ildönümü münasibətilə təşkil olunan tədbirdə iştirak edib

İsveçrənin ölkəmizdəki səfiri ilə COP29 ətrafında fikir mübadiləsi aparılıb

Avropa dövlətləri Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin dəmir yolu hissəsinin işə salınmasında maraqlıdırlar

Milli Kitabxanada “Tale şairi: Məmməd İsmayıl” adlı kitabın təqdimat mərasimi olub

® “Beyin ölümü diaqnozunun təyininə multidisiplinar yanaşma” mövzusunda seminar keçiriləcək

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 dekabr tarixli 503 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Xocavəndlilər baharın gəlişini yüksək əhvali-ruhiyyə ilə qeyd edirlər

“Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin işçilərinin say həddinin təsdiq edilməsi və əməkhaqqı fondunun müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 309 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

QAÇQINKOM-un sədri Siyəzəndə vətəndaşların müraciətlərini dinləyib

Bakı Kitab Mərkəzi xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənliyi təşkil edib

“İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 oktyabr tarixli 387 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

“Müntəzəm beynəlxalq, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarının yerinə yetirilməsi ilə bağlı sifarişçinin keçirdiyi müsabiqədə iştiraka görə ödənişin məbləği”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 avqust tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Beynəlxalq müsabiqədə qalib gələn tələbələrə diplomlar təqdim edilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 256 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

UNEC kollektivi bu il də Novruz bayramını ahıl sakinlərlə qeyd etdi

Hakim partiyaların fəal dialoqu Azərbaycan-Çin münasibətlərinin inkişafına böyük töhfələr verir

“Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsinin icrasına başlanılıb

Azərbaycanda “Elektron kommunikasiya haqqında” qanun layihəsi hazırlanır

Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olunub

MEK Özbəkistanda türkdilli xalqlara həsr edilmiş beynəlxalq konfransda təmsil olunub

“Həvəsləndirmə və Biznes mükafatları” müsabiqəsi barədə məlumatlandırma görüşü keçirilib

Şəhid övladı Novruz tonqalını alovlandırdı

COP29 və elmi-texniki tərəqqi

Özbəkistan istehsal etdiyi yaşıl enerjini Azərbaycan üzərindən ixrac edəcək

Abşeronda Çanaqqala Zəfərinin 109–cu ildönümü qeyd olunub

Yens Stoltenberqin Bakı səfəri NATO-Azərbaycan münasibətlərinə töhfə verəcək – AÇIQLAMA

Qubada qaçış marafonunun qalibləri mükafatlandırılıb

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası COP29-a dəstək xarakterli təmizlik aksiyası keçirib

ANAMA: Ötən həftə 202 partlamamış hərbi sursat zərərsizləşdirilib

“İnformasiya müharibəsində qələbə-Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev” adlı kitabın təqdimatı olub VİDEO

Mirzə Uluqbəy adına Füzuli şəhər tam orta məktəbdə Novruz şənliyi

Gəncədə görmə əlilliyi olan 18 yaşına çatmayan uşaqlar üçün Novruz şənliyi keçirilib

“Sumqayıt”ın legioneri: Mövsümü ikinci yerdə bitirə bilərik

Bakı hava limanı ərazisi Novruz dekorları ilə bəzədilib

Paytaxtda ödəmə terminalı və avtomobillərdən oğurluq edən şəxs saxlanılıb VİDEO

Lənkəranda yeni penitensiar kompleks cəzaçəkmə müəssisələrində sıxlığı aradan qaldırmağa xidmət edir

Bu günədək 31 mindən çox tələbə təhsil krediti alıb

Sosial Xidmətlər Agentliyi ilə Penitensiar xidmət məhkumların cəmiyyətə inteqrasiyası ilə əlaqədar əməkdaşlıq edəcəklər

“Türk sivilizasiyasının dirçəlişi” beynəlxalq elmi konfransı işə başlayıb

Naxçıvan Qida Təhlükəsizliyi İnstitutu yaradılıb

Baş konsul: Türkiyə hər zaman Azərbaycanın yanındadır

Misirdə 2500 il əvvələ aid “Zəbur” kitabı nümayiş etdirilir

Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə bu il daha 1500 mənzil və fərdi ev veriləcək

ADAU-da "Qadının cəmiyyətdəki rolu" mövzusunda forum keçirilib